Ana Səhifə Xəbərlər Ümummilli lider Heydər Əliyevin 91-ci ildönümü Kapital Bankda da qeyd edilib. FOTO
Ümummilli lider Heydər Əliyevin 91-ci ildönümü Kapital Bankda da qeyd edilib. FOTO
Kapital Bankın Baş ofisində Azərbaycan xalqının ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi xidmətləri barədə söhbət açılıb. Bildirilib ki, Azərbaycan xalqının demokratik inkişafı, mədəni yüksəlişi insanları milli ideyalar ətrafında bir araya gətirən Heydər Əliyev şəxsiyyətinin gücü sayəsində mümkün olub. Azərbaycan dövlətinin tərəqqisinə, inkişafına yol açan dəyərlərin formalaşması, cəmiyyətdə özünə yer tapması məhz Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə Ulu Öndərin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu istiqamətində mühüm nailiyyətlər əldə edib. Ölkəmiz bu nailiyyətlərə əsaslanaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında bu gün tarixinin ən qüdrətli mərhələsini yaşayır.
Tədbirdə Azərbaycanda bank və maliyyə sektorunun inkişafında da Heydər Əliyevin rolundan bəhs edilib. Bu gün ölkənin aparıcı banklarından olan Kapital Bankın ötən dövr ərzində keçdiyi inkişaf yolu barədə söhbət açılıb.
TAGKapital bank