Azərbaycan bankları arasında ABŞ dollarını ən yüksək qiymətlə alan bank “Unibank”dır. Bu bankda Amerika valyutası 1,5269 manata, yəni rəsmi məzənnəyə uyğun alınır.
Dollar qiymətləri
Dolları ən aşağı qiymətə alan banklar isə “Naxçıvanbank” və “Yapı Kredi Bank (Azərbaycan)”dır. Bu banklarda alış qiyməti 1,47 manatdır. ABŞ dollarının ən aşağı satış qiyməti isə “Dekabank”, “Bank Avrasiya” və “Nikoyl Bank”dadır. Bu banklar dolları 1,55 manata satır. Dolları ən yüksək qiymətlə satan bank isə “Azərbaycan Beynəlxalq Bankı”dır. Bankda satış qiyməti 1,588 manatdır.
Avro qiymətləri
Avronu ən baha alan bank “Dəmirbank”dır – 1,716 manata. Avronun ən ucuz götürüldüyü bank isə “Yapı Kredi Bank (Azərbaycan)”dır – 1,6673 manata. Avronu ən ucuz “Expressbank” satır – 1,765 manata. Avronun ən baha satıldığı bank isə “Azərbaycan Beynəlxalq Bankı” və “Muğanbank”dır – 1,8119 manata.