Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (SOCAR) “Azeri Light” markalı Azərbaycan neftinin qiymətini açıqlayıb. Aprelin 1-də London əmtəə birjasında keçirilmiş hərracda neftimizin 1 barreli 39,22 dollara satılıb. Bu, martın 31-də qeydə alınmış qiymətdən 2,07 dollar və yaxud 5,01% azdır.
Mənbə: apa