Biznesin inkişafı idarəsinin Marketinq və satışın təşkili şöbəsinin kiçik mütəxəssisi / baş mütəxəssisi
Əmək haqqı: (1000 AZN-dən 2330 AZN-dək)
Vəzifə : ( kiçik mütəxəssis, mütəxəssis, aparıcı mütəxəssis, böyük mütəxəssis, baş mütəxəssis)
Qeyd 1 : Bank təcrübəsi olmayan namizədlər əmək haqqı ödənilməklə (670 AZN) stajçı mütəxəssis götürülə bilər.
Qeyd 2 : Azərbaycan Respublikasının iri şirkətlərində (rabitə-telekommunikasiya, energetika və s.) iş təcrübəsi olan namizədlərə üstünlük verilə bilər.
İş qrafiki: 09:00 – 18:00/Bazar ertəsi – Cümə
Şəhər: Bakı
Namizədə dair tələblər:
Ali magistr təhsili ;
Təhlil etmə və hesabatların hazırlanması bacarıqları;
Marketinq informasiyalarının təhlili üçün Excell proqramına səlis yiyələnməli;
Analitik düşünmə qabiliyyəti;
Komanda işini bacarmalı və bankın digər funskional strukturları ilə işləmək bacarığı;
Marketinq informasiyalarını emal etmək üçün marketinq alətlərinə sərbəst yiyələnməli və uyğun olaraq istifadə bacarıqları;
Təqdimat bacarığı:
Marketinq planlaşdırma bilikləri;
Marketinq auditin təşkili üzrə biliklər;
Marketinq informasiya sistemləri;
Məhsulların yaradılması, məhsul konseptlərinin hazırlanması və sınaqların təşkili ilə bağlı biliklər;
Marketinq alətlərinin istifadəsi ilə bağlı biliklər;
Azərbaycan dilini müəkəmməl səviyyədə bilmək ( rus və ingilis dilini yaxşı səviyyədə bilmək arzuolunandır)
İşin təsviri:
Bankın marketinq siyasətini həyata keçirmək üçün zəruri informasiyaların toplanmasına, toplanmış informasiyaların emal edilməsinə dəstək göstərmək;
İnformasiyaların strateji və taktiki planlarda istifadə edilməsinə dəstək göstərmək;
Bankın məhsullarının hazırlanması, məhsul təkliflərinin yaradılması zamanı zəruri olan daxili və xarici marketinq məlumatlarını əldə etmək;
Məhsulun və məhsul konseptlərinin yaradılması prosesinin təşkilində informasiya dəstəyi göstərməli;
Müştəri seqmentləri üzrə məlumatları toplamalı və ilkin məlumatların əldə edilməsi üçün marketinq araşdırmalarının təşkilinə və icrasına dəstək göstərməli; Seqmentlər üzrə müştəri profillərinin hazırlanması və marketinq təkliflərinin hazırlanmasında dəstək göstərməli;
Marketinq planlarının icrası zamanı performans qiymətləndirmələri üçün informasiyaların əldə edilməsinə dəstək göstərmək;
Bankın kommunikasiya strategiyasının hazırlanması və icrası üçün digər şöbələri lazımı informasiyalar və təkliflərlə təmin etmək;
Servis sisteminin qiymətləndirilməsi və paylama kanallarının keyfiyyətinin ölçülməsi üçün informasiyaların toplanması və emalında dəstək göstərilməsi;
Xidmət standartlarının ölçülməsi və qiymətləndirilməsində dəstəyin göstərilməsi:
QEYD: Tələblərə uyğun olmayan və “Subject” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV” – lərə baxılmayacaq.
Əlaqə vasitələri :
E – mail : cv@xalqbank.az
Telefon: (012) 404 43 39
Faks: (012) 404 43 34