Search
thumb_20150825102335332

5 ulduzlu oteldən endirimli kampaniya

samaxi-palace-sharadil-1

Azərbaycanın ən dəbdəbəli 5 ulduzlu otellərindən biri ölkə vətəndaşları üçün çox münasib şərtlərlə yeni kampaniya elan edib. «Samaxi Palace» oteli yay mövsümü üçün «Erkən rezervasiya»ların qəbuluna başlayıb. Rezervasiya şərtlərinə görə, müştərilər yay aylarında hoteldə qalmaq üçün yerləri artıq indidən, çox sərfəli şərtlərlə sifariş edə bilərlər. Belə ki, vətəndaşlar may ayının 15-dək  sifariş etdikləri halda yay aylarında «Samaxi Palace» otelində iki nəfərlik istirahətin günü cəmi 99 manata  başa gələcək.  Bu qiymətə 2 nəfərlik otaq və səhər yeməyi daxildir.

15_sam_07_0020

Bu qiymətin nə qədər sərfəli olduğunu göstərmək üçün qeyd etmək lazımdır ki, qiymətlərin sabit olduğu və dəyişmədiyi qış mövsümündən fərqli olaraq yayda otellərdə qiymətlər otelin doluluq səviyyəsindən asılı olaraq artır. Oteldə yerlər tutulduqca qiymətlər də yüksəlir. Nəticədə adi vaxtlarda 59 və ya 79 manata olan qiymətlər 109 manat, 119 manat, 129 və ya daha artıq ola bilər. Məsələn artıq mayın 1-dən etibarən hoteldə yay qiymətləri tətbiq olunacaq. 109 manatdan başlayan bu qiymətlərə iki nəfərin səhər yeməyi ilə birlikdə qalması aiddir.

Yay mövsümündə qiymətlərin dəyişməsi müştərilər üçün əlavə xərclə yanaşı, həm də qeyri-müəyyənlik yaradır. Belə ki, xərcin artıq olmasından başqa, müştəri otel nömrəsi sifariş edərkən onun qiymətini də əvvəlcədən bilmir.

«Samaxi Palace»nin yeni təklifi isə bu çətinliyi tamamilə aradan qaldırmaqla, həm də çox sərfəlidir. Belə ki, müştərilər artıq indidən yay üçün hotel nömrəsi bronlamaqla daha sərfəli qiymət əldə edə biləcəklər. Əvvəlcədən sifariş edildiyi halda yay mövsümündə, hansı ay olmasından və hotelin doluluğundan asılı olmayaraq otaq qiyməti 99 manat olacaq. Halbuki yayda oteldə bu qiymətə yer tapmaq çətindir.

«Samaxi Palace»də nömrələri erkən rezervasiya edənlər əlavə daha bir üstünlük qazanacaqlar. Belə ki, belə müştərilər əlavə ödəniş etmədən, bu qiymətə oteldə daha yüksək səviyyəli otaq sifariş edə biləcəklər. Kampaniyanın şərtləri çox demokratikdir. Müştərilər bu üsulla oteldə nömrəni hətta bir günlük də bronlaya bilərlər. Eləcə də yayın ayrı ayrı aylarında hər biri fərqli müddətlər (məsələn 1, 2 və ya daha çox olmaqla) bir neçə dəfə bronlama edə bilərlər. Üstəlik, rezervasiya edilən günlərin tarixini dəyişdirmək imkanı da var. Bu variant həm qənaətə, həm də istirahəti planlaşdırmağa imkan verir. Kampaniyanın şərtlərinə  görə, rezervasiya zamanı nömrələrin bron edilməsi üçün otelin yarı qiyməti qədər depozit qoyulmalıdır.

Bu qiymətə otaqda 2 nəfərin qalması, səhər yeməyi və hoteldəki SPA vasitələrindən istifadə aiddir. SPA xidmətlərinə qapalı və açıq hovuzlar, fitnes mərkəzi, sauna, Türk və Fin hamamları, eləcə də ən böyük qapalı cakkuzi daxildir.

samaxi-palace-platinum

Bundan başqa, otelin qonaqları bəzi əyləncələrdən pulsuz istifadə edə biləcəklər. Uşaqlar üçün isə animasiya xidmətləri və «Cırtdan» uşaq klubunun xidmətləri pulsuzdur. Kampaniya çərçivəsində, otaq bronu zamanı 6 yaşa qədər birinci uşağın otaqda qalması tamamilə pulsuzdur. Yaşı 12-dək olan ikinci uşaq üçün isə əlavə cəmi 30 manat ödəmək lazımdır. Bu qiymətə otağa əlavə çarpayının yerləşdirilməsi, səhər yeməyi və sadalanan xidmətlər aiddir.

«Şamaxı Palas»dan bildirilir ki, hoteldə nahar və şam yeməyi də sərfəli qiymətlərədir. Qonaqlar günorta və şam yeməyini hoteldə fəaliyyət göstərən 3 restoranda keçirə bilərlər. «Restoranlarımızda qiymətlər çox münasibdir, təkcə onu deyə bilərik ki, müştərilərimiz müsbət mənada təəccəblənəcəklər»-deyə bildirilib.

Mənbə: Fins.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir