Search
calendar-pic

4 iyun təqvimdə

2008-ci il. Naxçıvan Muxtar Respublikasının Babək rayonunda “Duzdağ” Fizioterapiya Mərkəzi açılıb. Mərkəzin açılışında Prezident İlham Əliyev iştirak edib.

1926-cı il. Azərbaycanın Əməkdar Artisti Fatma Mehrəliyevanın doğum günü (1926-2000). Onun Böyük Vətən müharibəsi illərində ifa etdiyi mahnılar Azərbaycan milli radiosunun qızıl fonduna daxil edilib. “Arşın mal alan” filmində Telli rolunu canlandırıb. Bir çox Azərbaycan muğamlarını məharətlə oxuyan F.Mehrəliyeva “Kəsmə şikəstə”nin əvəzsiz ifaçısı kimi tanınır.

1916-cı il. Yəhudi əsilli Amerika alimi Robert Furxqottinin doğum günü (1916-2009). O, 1998-ci ildə azot oksidin ürək-damar sistemində siqnal molekul rolunun kəşfinə görə Fərid Murad və Lui İqnarro ilə birgə Nobel mükafatına layiq görülüb.

1794-cü il. Britaniya qüvvələri Haitinin indiki paytaxtı Port-o-Prinsi ələ keçirib.

1977-ci il. Apple istehsalı olan ilk stolüstü kompyuter satışa çıxarılıb.

Mənbə: Azərtac


TAG


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir