Search
photo_36790

1 İyunda uşaqları necə sevindirək ?

1 İyun – Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə Bakının bir çox mədəniyyət ocaqlarında bayram tədbirləri keçiriləcək.

TAMAŞALAR

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdində fəaliyyət göstərən “Oyuq” teatr-studiyası hər il olduğu kimi, bu il də iyunun 1-də uşaqları sevindirəcək. “Oyuq”çuların hazırladığı xeyriyyə konsert proqramı həm maraqlı tamaşa, həm də rəngarəng konsert və səhnə geyimləri ilə balaca dostlarını təbrik edəcəklər.

Bundan başqa, həmin gün teatrın qarşısında müxtəlif nağıl personajları uşaqları salamlayacaq. Teatrın repertuarında isə iyunun 1-də “Məlikməmməd” və “Qoçaq Əhməd” tamaşaları var.

Uşaqlara bayram sevinci yaşadaq!

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə Azərbaycan Dövlət Musiqili Teatrının gözəl bir hədiyyəsi olacaq. Həmin gün nümayiş olunan tamaşaya uşaq evlərindən balaca tamaşaçılar, imkansız ailələrin övladları və fiziki qüsurlu uşaqlar da dəvət olunacaq.

Uşaqlara bayram sevinci yaşadaq!

İyunun 1-i saat 15:00-da Musiqili Teatr balacaları Roman Viktyukun teatrının ifasında “Çəkməli pişik” tamaşası ilə sevindirəcək. Bu, görkəmli rus şairi Mixail Kuzminin Şarl Perronun eyniadlı nağılının motivləri əsasında yazdığı pyes əsasında hazırlanan tamaşadır. Rep üslubunda olan səhnə əsəri rejissor Roman Viktyukun uşaq auditoriyası üçün nəzərdə tutulmuş ilk tamaşasıdır. O, gənc tamaşaçılarla oyunlar oynamır, əksinə onların bəzi şeyləri böyüklərdən daha yaxşı anladığına əmindir.

Uşaqlara bayram sevinci yaşadaq!

Azərbaycan Dövlət Uşaq Filarmoniyasının nəzdində fəaliyyət göstərən “Musiqili Uşaq Teatrı” iyunun 1-də Gənc Tamaşaçılar Teatrında rus xalq nağılı motivləri əsasında Elşad Rəhimzadənin səhnələşdirdiyi “Qoğal ” adlı nağıl tamaşasını təqdim edəcək.

Uşaqlara bayram sevinci yaşadaq!

YARAT FreeStyle və “Əlifba” Uşaq Teatrı öz gənc aktyorları ilə birgə sizi “Canavar və yeddi keçi balası” adlı şən müzikl tamaşasının premyerasına dəvət edir. Rollarda 7-12 yaş arası istedadlı balaca aktyorlar çıxış edəcəklər. Tamaşa İyunun 3-ü saat 19:00-da YARAT Müasir İncəsənət Mərkəzində göstəriləcək. Giriş sərbəstdir.

Uşaqlara bayram sevinci yaşadaq!

İyunun 19-u saat 12:00-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında uşaqlar üçün yumor elementləri ilə zəngin “Pişiyin evi” adlı tamaşada nümayiş olunacaq.

Uşaqlara bayram sevinci yaşadaq!

KONSERTLƏR

4 iyun Heydər Əliyev Sarayında “Mələklərin Rəqsi” adlı bayram konserti keçiriləcək. Konsert uşaqların müdafiyə gününə həsr olunub. Biletləri şəhərin kassalarından əldə edə bilərsiniz. Qiymət 10-20 AZN arasında dəyişir.

Uşaqlara bayram sevinci yaşadaq!

ƏYLƏNCƏ

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə Dənizkənarı Milli Parkda atraksionlar pulsuz olacaq. Bunu  Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bildirib. İdarə rəsmisinin sözlərinə görə, aksiya 1 iyun saat 09:00-dan günorta saat 15:00-a qədər davam edəcək. Qeyd edək, Dənizkənarı Bulvar İdarəsi mütəmadi olaraq imkanı zəif ailələri nəzərə alaraq atraksionlardan pulsuz istifadə aksiyaları keçiririr.

Uşaqlara bayram sevinci yaşadaq!

Bayramdan sonra – istirahət günlərində övladlarınızı “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğuna ekskursiyaya da apara bilərsiniz. Burada uşaqlara Azərbaycanın qədim və zəngin tarixi haqqında məlumat verilir, müxtəlif hədiyyələr təqdim olunur.

Uşaqlara bayram sevinci yaşadaq!

YENİ FİLMLƏR

Park Cinema

“Park Cinema” kinoteatrlar şəbəkəsinə daxil olan bütün kinoteatrlarda yeni cizgi filmlərinin nümayişi başlayıb.
“Angry Birds”. Cizgi filmi quşlar və donuzlar arasında münaqişənin necə başladığından bəhs edir.

Uşaqlara bayram sevinci yaşadaq!

“Alisa güzgü arxasında”. “Alisa Möcüzələr ölkəsində” filminin davamı olan ekran işində baş qəhrəman dostu – Ağılsız Şlyapaçını xilas etmək üçün gözlənilməz hadisələr və parlaq açılışlar ilə dolu olan zaman səyahətinə çıxmalıdır. Film 10 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulub.

Uşaqlara bayram sevinci yaşadaq!

Uşaqların müdafiəsi günündə “CinemaPlus” premium kinoteatrlar şəbəkəsində aksiya keçiriləcək. Belə ki, bütün cizgi filmləri 3 manata nümayiş olunacaq.

“Alisa güzgü arxasında” filmi CinemaPlus kinoteatrlarında da nümayiş olunacaq.

İyunun 2-dən etibarən isə burada uşaqların sevimli “Ninja tısbağalar 2” filmi nümayişə başlayacaq. Bu dəfə döyüşkən tısbağalar şəhəri təhlükədən xilas etmək üçün qayıdacaqlar.

Uşaqlara bayram sevinci yaşadaq!

SƏRGİLƏR

İyunun 8-dək Azərbaycan Rəssamlıq akademiyasının Muzey kompleksində uşaqlar və yeniyetmələr arasında “Təmiz rəng” adlı beynəlxalq rəssamlıq festivalı baş tutacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir