Search
mjJ938LRC28N

​”Nikoil Bank”ın əsas səhmdarı bankın nizamnamə kapitalını artırır

“Nikoil Bank” ASC-nin əsas səhmdarı tərəfindən depozit hesablara vəsaitlərin daxil edilməsi prosesi davam edir. Bankdan verilən məlumata görə, bu gün də “Nikoil Bank”ın majoritar səhmdarlarından biri olan “Topaz İnvestisiya” QSC tərəfindən 10 mln. ABŞ dolları məbləğində növbəti tranş daxil edilib.

Xatırladaq ki, 10 mln. dollarlıq ilk tranş iyulun 29-da yerləşdirilib. Bu məbləğdən kreditləşmənin bütün istiqamətlərdə gücləndirmək məqsədi ilə istifadəsi planlaşdırılır.

Avqust ayında səhmdarlar tərəfindən 10 mln. dollar məbləğində növbəti tranş Banka yerləşdiriləcək və sentyabrın sonunda analoji məbləğli dördüncü tranş daxil ediləcək. Həmçinin, adi səhmlərin emissiyası barədə qərarın qəbul edilməsi gözlənilir. Bütün bu əməliyyatlar “Nikoil Bank”ın kapitalının artırılması və Bankın yeni inkişaf mərhələsinə keçməsi istiqamətində atılan ilk addımlardır.

Bu gün “Nikoil Bank” əhaliyə milli və xarici valyutada həyata keçirilən hesablaşma, kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ səhifəyə (www.nikoil.az) daxil olaraq və ya (012) 981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə etmək mümkündür. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı www.facebook.com/bank.nikoil-dır.

Report




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir