Search
104802

​İran və Rusiya Azərbaycandan keçəcək nəqliyyat marşrutunu müzakirə edəcək

Rusiya Federal Gömrük Xidmətinin (FGX) rəhbəri Andrey Belyaninov 16-17 may tarixlərində İrana səfər edəcək. O, qonşu ölkədə iqtisadiyyat və maliyyə nazirinin müavini, İranın Gömrük Administrasiyasının rəhbəri Məsud Karbasian ilə danışıqlar aparacaq.

Bu barədə RİA “Novosti”yə Rusiya FGX-nin Mətbuatla qarşılıqlı fəaliyyət üzrə şöbəsinin rəisi Dmitri Kotikov məlumat verib.

“Gömrük prosedurlarının yüngülləşdirilməsinə yönəlmiş “Sadələşdirilmiş gömrük dəhlizi” və “Şimal-Cənub” layihələrinin reallaşdırılması üzrə məsələlərin müzakirə olunması planlaşdırılır”, — deyə idarə rəsmisi bildirib.

Onun sözlərinə görə, birinci layihə Rusiya və İran arasında hərəkətdə olan mal və nəqliyyat vasitələri haqqında ilkin informasiya mübadiləsini nəzərdə tutur. O artıq Moskva və Tehranda biznesə təqdim olunub.

“Şimal-Cənub” layihəsi ümumi uzunluğu 7 min km-dən çox olan, Helsinkidən başlayaraq Rusiya, Azərbaycan və İrandan keçməklə Hindistanın Mumbay limanına və Cənub-Şərqi Asiyaya qədər uzanan multimodal yüklərin nəqli marşrutudur”, — deyə Kotikov izah edib.

O əlavə edib ki, Belyaninov İrana səfəri çərçivəsində İran biznesinin nümayəndələri ilə də görüşmək niyyətindədir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir