Search
948012_482322

Əhali supermarketlərdə nə qədər pul xərcləyib?

2016-cı ilin yanvar-iyul aylarında Azərbaycan əhalisi ticarət obyektlərindən 16 mlrd. 169,5 mln. manatlıq istehlak malları alıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 2% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Hesabat dövründə əhali ticarət obyektlərindən 7 mlrd. 997,8 mln. manatlıq ərzaq (2015-ci ilin yanvar-iyul ayları ilə müqayisədə artım 2,8 %), 8 mlrd. 171,7 mln. manatlıq qeyri-ərzaq malları (artım 0,6%) alıb.
Yanvar-iyul aylarında Azərbaycan əhalisinə 4 mlrd. 36,7 mln. manat məbləğində xidmət göstərilib ki, bu da 2015-ci ilin analoji dövrünün göstəricisindən 1,1% çoxdur. Bununla yanaşı, bütün xidmətlərin 73,7%-i və ya 2 mlrd. 978,8 mln. manatlıq xidmət hüquqi şəxslər tərəfindən göstərilib.
Fins.az



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir