Search
tax

ƏDV-dən azad edilsələr büdcə proqnozunu icra edə bilməyəcəklər

Ticarət və bir sıra sektorlar əlavə dəyər vergisindən azad olunmalarını istəyirlər. Vergilər Nazirliyi isə bunun mümkün olmadığını bildirir.

Rəqəmlər göstərir ki, ötən il Vergilər Nazirliyi ƏDV üzrə büdcə proqnozuna cəmi 1% artıq icra edə bilib. Əlavə dəyər vergisi üzrə üzrə Azərbaycan Respublikası Vergilər Nazirliyinin xətti ilə 2 milyard 352 milyon manat proqnoza qarşı icra 2 milyard 353,5 milyon  manat və ya 100,1 faiz olmuşdur.

Maliyyə Nazirliyinin hesabatına görə,  ötən il Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ƏDV proqnozuna tam əməl edə bilməyib.  Komitənin xətti ilə əlavə dəyər vergisi, 1 milyard 104,0 milyon manat proqnoza qarşı icra 1 milyard 101,1 milyon manat və ya 99,7 faiz olmuşdur.

VERGİLƏRİN 70,6%-İ QEYRi-NEFT SEKTORUNDAN YIĞILIB

Ümumiyyətlə, 2015-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 7 milyard 112,0 milyon manat proqnoza qarşı 7 milyard 118,3 milyon manat, yəni nəzərdə tutulduğundan 6,3 mln. manat və ya 0,1 faiz çox icra olunmuşdur. Azərbaycan Respublikası Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxil olan vəsaitin 5 milyard 28,4 milyon manatı və ya 70,6 faizi qeyri-neft sektorunun, 2 milyard 89,9 milyon manatı və ya 29,4 faizi neft sektorunun payına düşmüşdür. Neft sektoru üzrə daxilolmaların 1 milyard 409,5 milyon manatını Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, 680,4 milyon manatını isə neft-qaz sahəsində hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi təşkil etmişdir.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 1 milyard 590 milyon  manat proqnoza qarşı 1 milyard 591,9 milyon manat və ya 100,1 faiz icra olunmuşdur ki, bu da 2014-cü illə müqayisədə 81,1 mln. manat (5,4 faiz) çoxdur.

Fiziki şəxslərdən gəlir vergisi üzrə daxilolmalar 982,0 mln. manat proqnoza qarşı 982,5 mln. manat və ya 100,1 faiz icra olmuşdur ki, bu da 2014-cü illə müqayisədə 2,2 mln. manat və ya 0,2 faiz çoxdur. Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi üzrə proqnoz 2 milyard 211,1 milyon manat və ya 100,0 faiz icra olunmuşdur. Bu tədiyə növü üzrə daxil olan vəsaitin 62,7 faizi (1 milyard 385,8 milyon manatı) qeyri-neft sektorunun, 37,3 faizi (825,3 mln. manatı) neft sektorunun payına düşür. Neft sektoru üzrə mənfəət vergisidən daxilolmaların 144,9 mln. manatı Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, 680,4 mln. manatı neft-qaz sahəsində hasilatın pay bölgüsü üzrə podratçı təşkilatlar tərəfindən təmin edilmişdir.

Hüquqi şəxslərin torpaq vergisi üzrə 48,0 mln. manat proqnoza qarşı icra 48,7 mln. manat və ya 101,4 faiz olmuşdur ki, bu da 2014-cü ilə nisbətən 13,3 mln. manat və ya 37,6 faiz çoxdur. Hüquqi şəxslərin torpaq vergisi üzrə daxilolmaların 52,4 faizi (25,5 mln. manat) qeyri-neft sektorunun, 47,6 faizi (23,2 mln. manat) neft sektorunun payına düşür.

Hüquqi şəxslərin əmlak vergisi üzrə 148,0 mln. manat proqnoza qarşı 148,2 mln. manat və ya 100,1 faiz icra olmuşdur. Hüquqi şəxslərin əmlak vergisi üzrə daxilolmaların 67,5 faizi (100,0 mln. manat) qeyri-neft sektorunun, 32,5 faizi (48,2 mln. manat) neft sektorunun payına düşür.

Əlavə dəyər vergisi üzrə 3 milyard 456,0 milyon manat proqnoza qarşı icra 3 milyard 454,7 milyon manat və ya 100  faizdən cüzi aşağı olmuşdur. Həmin tədiyyə növü üzrə Azərbaycan Respublikası Vergilər Nazirliyinin xətti ilə 2 milyard 352 milyon manat proqnoza qarşı icra 2 milyard 353,5 milyon  manat və ya 100,1 faiz olmuşdur. Əlavə dəyər vergisi üzrə daxil olan vəsaitin 82,9 faizi (1 milyard 950,2 milyon manatı) qeyri-neft sektorunun, 17,1 faizi (403,3 mln. manatı) neft sektorunun payına düşür.

VERGİLƏRİN 40%-İ ƏDV-DİR

Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxil olan vəsaitin (8 milyard 702 milyon manat) 40%-ni ƏDV təşkil edir.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xətti ilə əlavə dəyər vergisi 1 milyard 104 milyon  manat proqnoza qarşı icra 1 milyard 101,1  milyon manat və ya 99,7 faiz olmuşdur.

Sadələşdirilmiş vergi 145,0 mln. manat proqnoza qarşı icra 168,0 mln. manat və ya 115,9 faiz olmuşdur. Aksiz üzrə 684,0 mln. manat proqnoza qarşı icra 647,8 mln. manat və ya 94,7 faiz olmuşdur.

Azərbaycan Respublikası Vergilər Nazirliyinin xətti ilə aksiz vergisi üzrə daxilolmalar 564,0 mln. manat proqnoza qarşı icra 564,2 mln. manat və ya 100,0 faiz olmuşdur. Aksizlər üzrə daxil olan vəsaitin 91,4 faizi (515,6 mln. manatı) neft sektorunun, 8,6 faizi (48,6 mln. manatı) qeyri-neft sektorunun payına düşür.

MİNİK AVTOMOBİLLƏRİNİN İDXALI AZALDIĞINDAN PROQNOZ İCRA OLUNMAYIB

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xətti ilə aksiz üzrə 120,0 mln. manat proqnoza qarşı icra 83,6 mln. manat və ya 69,7 faiz olmuşdur. Proqnozun icra edilməməsinin əsas səbəbi minik avtomobillərinin idxalının azalması ilə bağlı olmuşdur.

Yol vergisi üzrə 67,6 mln. manat proqnoza qarşı icra 79,8 mln. manat və ya 118,0 faiz olmuşdur.

Azərbaycan Respublikası Vergilər Nazirliyinin xətti ilə yol vergisi 50,0 mln. manat proqnoza qarşı icra 60,0 mln. manat və ya 120,0 faiz olmuşdur.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xətti ilə yol vergisi 17,6 mln. manat proqnoza qarşı icra 19,8 mln. manat və ya 112,4 faiz , mədən vergisi üzrə 116,0 mln. manat proqnoza qarşı icra 116,2 mln. manat və ya 100,2 faiz olmuşdur. Mədən vergisi üzrə daxilolmaların 97,1 faizi (112,8 mln. manat) neft sektorunun, 2,9 faizi (3,4 mln. manat) qeyri-neft sektorunun payına düşür. Gömrük rüsumları üzrə daxilolmalar üzrə 348,4 mln. manat proqnoza qarşı icra 387,4 mln. manat və ya nəzərdə tutulduğundan 39,0 mln. manat (11,2) faiz çox təşkil etmişdir.

Mənbə: Marja



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir