banknews.az_2016-03-08_18-14-05-735x400

Sənan BƏY, DOĞUM GÜNÜNÜZ MÜBARƏK!

Bu gün Sənan Həsənovun doğum günüdür.

Bu münasibətlə Sənan bəyi dostları, çalışmış olduğu çoxsaylı əmək kollektivləri  təbrik edir.

Həsənov Sənan Vəkil oğlu 07 Avqust 1984-cü ildə Bakı şəhərində anadan olmuşdur. 2001-ci ildə Sabunçu rayonu 252 saylı orta məktəbi bitirmiş, həmin ildə yüksək nəticələrlə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakultəsinə daxil olmuşdur. Universitetin Bakalavr pilləsini fərqlənmə ilə 2005-ci ildə bitirdikdən sonra yüksək nəticələr əldə edərək elə həmin il Maliyyə ixtisası üzrə Magist pilləsinə daxil olmuş, magistraturanı 2007-ci ildə fərqlənmə ilə başa vurmuşdur.

Əmək fəaliyyətinə 2004-cü ildə universitetin 3-cü kursunda olarkən yarımştat olaraq Rabitəbank ASC-də Maliyyə şöbəsində başlamışdır. Bank sektoru inkişaf etdikcə bir müddət maliyyə departamentində çalışdıqdan sonra Müştəri xidmətləri, ondan sonra Valyuta şöbəsində çalışmışdır. 2007-2008-ci illərdə hərbi xidmətdə olduqdan sonra yenidən Banka qayıdıb Plastik kartlar departamentində Baş mütəxəssis olaraq fəaliyyətə başlayıb. 2009-cu ildən etibarən həmin Bankda Marketinq şöbəsinin müdiri olaraq fəaliyyətimi davam etdirib. 2011-ci ildə Azərbaycan Sənaye Bankından yeni ExtraCard layihəsində iştirakla bağlı təklif olunan iş təklifini qəbul edərək həmin Banka keçmişdir. ASB Bankda Satış və Marketinq departamentinin direktoru olaraq çalışdığı dönəmdə qeyd olunan layihə, eyni zamanda digər bir sıra layihələrin icrası komandanın dəstəyi ilə yüksək səviyyədə tərəfindən təmin olunmuşdur. Daha sonra həmin Bankda bir ilə yaxın müddətdə də Müştəri Xidmətləri departamentinin direktoru olaraq çalışdıqdan sonra 2013-cü ilin noyabr ayında həmin Bankdan öz biznes və konsultinq fəaliyyətlərilə məşğul olmaq üçün ayrılmışdır. 2014-cü ilin Aprel ayından etibarən DəmirBank ASC-də Marketinq departamentinin direktor müavini olaraq fəaliyyətə başlayıb. Burada çalışdığı dönəmdə də SAP BCM, Demirtaksit layihələri tərəfindən kordinasiya olunaraq reallaşdırılmışdır. DemirBankdan öz xahişi ilə 2015-ci ilin noyabr ayında ayrılmışdır. 2016-cı ilin fevral ayından etibarən Caspian Development Bankın Biznesin İnkişafı departamentinin direktoru olaraq çalışır. Ailəlidir, iki övladı var.

Əlavə edək ki, Sənan bəy Bank sektorunda 12 ildən artıq iş təcrübəsinə malikdir. Maliyyə, Marketinq, Müştəri Xidmətləri sahələrində rəhbər vəzifələrdə çalışaraq bir sıra yeni məhsul və xidmətlər yaratmış, beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilmiş layihələr həyata keçirmişdir. NİMA təlim proqramında iştirak etmiş, NİMİ Marketing- A diplomuna malikdir.

Biz də BankNews.az olaraq Sənan bəyi təbrik edir və gələcək karyerasında daha böyük uğurlar arzu edirik.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir