Maliyyə Bazarlarına Nəzarət Palatasının sağlam kreditləşmə və məsuliyyətli borclanmanın təşviqi məqsədi ilə növbəti qərarını verib. Milli valyutada istehlak kreditlərinin verilməsi borcalanların borc yükünün izafi artmasının məhdudlaşdırılması əsasında aparılacaqdır. Bu məqsədlə borcalanların gəlirlərinin həcmindən asılı olaraq borc yükünün gəlirə nisbəti və kredit məbləğinin təminata nisbəti əmsallarının daxil edilməsi nəzərdə tutulur. Yəni veriləcək kredit kredit götürənin gəlirinin və girovunun müyyən hissəsi qədər olacaq. Qəbul edilmiş qərar 6 may 2016-cı il tarixindən qüvvəyə minir.
Palata manat kreditləriylə bağlı qərar verib
Bank NewsMay 05, 2016İstehlak Krediti, Manşet, Xəbərlər0
GeriDolların sabah üçün məzənnəsi
İrəliXarici valyuta ilə ipoteka kreditlərinin verilməsinə qadağa qoyulub