Search
49710

Kredit borcu olanlara hansı güzəştlər gözlənilir

Nazirlər Kabinetinin təklifində 5000 manatın bağışlanacağı gözlənilir, dollar kreditləri isə 1,25 manatla ödənilə bilər

Son iki devalivasiyadan sonra Azərbaycanda əhalinin durumunun kifayət qədər pisləşməsi sirr deyil. Elə hakimiyyət dairələri də bunun fərqindədirlər. Hələlik Azərbaycan Mərkəzi Bankı yerli banklarla birlikdə kredit borcu olan vətəndaşların problemlərini aradan qaldırmaq üçün heç bir tutarlı addım da atmayıb. Günbəgün çoxalan narazılıq və qabaran problemlər fonunda isə ciddi tədbirlərin görülməsi vacib şərtdir.

Hələ bir müddət əvvəl Azərbaycan hökuməti parlamentdə borc məsələsini müzakirəyə çıxarıb, qərar qəbul etmək istəyirdi. Bununla bağlı hətta ciddi müzakirələr də aparıldı. Lakin nədənsə, proses yarımçıq qaldı.

Əldə etdiyimiz məlumata görə, Türkiyə, Qırğızıstan və daha bir neçə ölkədə devalivasiya səbəbindən kredit borclarının bağışlanması məsələsi Azərbaycan hökumətini yenidən hərəkətə gətirib. Artıq Nazirlər Kabineti kredit borcları ilə bağlı məsələni müzakirə edərək, onun qanun şəkilinə salınması üçün parlamentə göndərməyə hazırlaşır.

Məlumatda deyilir ki, aparılan müzakirələrdən sonra qərara alınıb ki, kredit borcu 5000 manata qədər olan vətəndaşlara ciddi güzəştlər etməyi qərarlaşdırılıb. Belə ki, həmin məbləğin silinməsi razılaşdırılıb. 5000 manatdan artıq borcu olan vətəndaşlar üçün isə həm müddət uzadılacaq, həm də faiz dərəcəsi aşağı salınacaq.

Dollarla krediti olanlar üçün isə tətbiq olunacaq güzəştlər ətrafında müzakirələr bir qədər fərqli rəng alıb. Hökumətin bəzi nümayəndələri ödənişin dollar şəklində edilməsinə tərəfdar olsa da, bəziləri bunun manat ekvivalenti ilə ödənişin reallaşmasını təklif edirlər. Ancaq bilinən odur ki, Nazirlər Kabinetinin parlamentə göndərəcəyi təkliflərdə dollar kreditinin 1,25 manatla ödənilməsi yer alacağı gözlənilir.

Mənbə: Politika.az




2 şərh “Kredit borcu olanlara hansı güzəştlər gözlənilir

  1. Raziddin

    Kredit borclarin silinmesi chox isterdim.bu hal menimchun elchatmaz olub.Hansisa is olsaydi ishleyib qaytarmaq olardi.Olimpiadadan sonra oglumu ishden ixtisara saldi.men de ish oladigina gore munasib ish tapa bilmirem.Onagore borclar silinseydi eseb xesteliklerden kenar olardi

    Cavabla
    1. Bank News Post author

      Borc məsuliyyət yaradan amildir. Hər kəs götürdüyü kreditə görə məsuliyyət daşıyır və onun necə geri qaytarılmasını planlaşdırmalıdır. İqtisadi vəziyyətin pisləşməsini nəzərə alsaq yenə də borc verən bankla ortaq məxrəcə gəlinməlidir. Kredit borclarının dövlət səviyyəsində silinməsinə gəldikdə, hələ ki, belə bir sərəncam yoxdur. Həm də bu böyük məbləğdir. Bu borcun silinməsi büdcə imkanlarımızdan xaricdir.

      Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir