Search
1441364067_emeklilere_kira_oder_gibi_ev_sahibi_olma_firsati

İpoteka ilə mənzil almaq istəyirsiz ?

İlkin Ödənişsiz – Təmirli Mənzillər İllik 4.5% Manatlar İpoteka-Tələsin

Metronun “Qara Qarayev” və “Koroğlu” stansiyaları arasındakı geniş bir ərazidə, magistral yolun yaxınlığında tikilməkdə olan yaşayış kompleksinin təməli 2015-ci ilin yayında qoyulub. Buranın metro stansiyalarına, Heydər Əliyev prospektinə və beynəlxalq hava limanına gedən yola yaxın olması binaya əlavə üstünlük verir, gələcək sakinlərin yol rahatlığını təmin edir.

Nizami rayonu, Özbəkistan küçəsi 24/34 ünvanında salınmaqda olan bu yaşayış kompleksi ilə 12 və 32 saylı tam orta məktəblərin arası bir o qədər də uzaq məsafə təşkil etmir. Bu, binada yaşayacaq məktəblilər üçün yerinə düşəcək.

Yaşıllıq və ağaclardan ibarət uşaq meydançalı geniş həyətə malik 16 mərtəbəli kompleksə müxtəlif mağazalar, iaşə obyektləri və uşaq baxçası da daxil olacaq.

Yaşayışa tam hazır, Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla (kupça) təhvil veriləcək mənzillərin tikintisində istifadə edilən armatur Rusiyanın Çelyabinsk vilayətindəki qocaman zavodun məhsuludur. Zəlzələyə davamlılığı təmin etmək üçün Ukrayna istehsalı yüksək keyfiyyətli, kimyəvi qatqısız “B-25” markalı betondan istifadə edirik.

Betonun daha keyfiyyətli və hamar olması üçün istifadə edilən qəliblər Almaniyanın Avropada lider sayılan “Peri” şirkətinə aiddir. Mənzillərin qışda isti, yayda sərin olması üçün bina ikiqat daşla üzlüklənəcək.

Binada Türkiyənin məşhur “Firat ” boruları işlədiləcək. Almaniya istehsalı olan plastik “PVC” pəncərələrdən istifadə olunacaq. Ən müasir avadanlıqlarla təhciz edilmiş mərkəzi istilik sistemi quraşdırılacaq.

Mənzillərdə İtaliyada istehsal olunmuş parça tərkibli “Limonta” divar kağızları və Türkiyənin məşhur “E.C.A.” şirkətinin hamam aksesuarları gələcək sakinlərimizin öz istəkləri ilə seçiləcək. Hamamların kafel-metlağı İspaniya malıdır.

Binadakı sərnişin və yük liftləri Almaniyada istehsal olunub, mühərrikləri isə İtalyanın məşhur “Sicor” şirkətinindir.

Təhlükəsizliyi video-nəzarət sistemi və mühafizə xidməti tərəfindən 24 saat fasiləsiz qorunan binanın altındakı geniş avtodayanacaqdan sakinlər liftlərlə birbaşa mənzillərə qalxa biləcəklər.

  •  İcraçı ŞirkətXəzər İnşaat XXI Əsr
  • Vəziyyətİnşası davam edən
  • ÜnvanNizami r-u., Özbəkistan küç. 9, (32 və 12 nömrəli məktəblərin yanı)
  • Telefon+994 12 520 11 00 , +994 51 799 11 11
  • Satış ŞərtləriNəğd və ya kreditlə (İlkin ödənişsiz, illik 4.5% effektiv, 20 il müddətinə sadələşdirilmiş ipoteka  krediti)
Mənbə: Marja



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir