b28447aacb54

Dövlət Beynəlxalq Bankda payını yüksək həddə qaldırdı

Azərbaycan hökuməti Azərbaycan Beynəlxalq Bankında payını indiki 51,07%-dən 90%-ə qədər artırmağı planlaşdırır. Bu barədə “Fitch Ratings” agentliyinin məlumatında bildirilir.

“Bankın kapitalına 500 mln. manat məbləğində əlavə investisiya bankın ödəmə qabiliyyətini təmin edəcək və Maliyyə Nazirliyinin kapitalda payının 90%-ə qədər artmasına səbəb olacaq”,- deyə agentlik qeyd edib.

Xəbər verildiyi kimi, ABB-nin səhmdarları fevralın 10-da keçirilən növbədənkənar ümumi yığıncaqda bankın nizamnamə kapitalını 500 mln. manat – 1 mlrd. 141,3 mln. artırmaq barədə qərar qəbul ediblər.

ABB 1992-ci ildə yaradılıb və Azərbaycanın ən iri bankıdır. Hazırda bankın səhmlərinin 51,07%-i dövlətə, 48,93%-i özəl səhmdarlara məxsusdur.

“Fitch” ABB-nin Azərbaycanın bank sektorunda mühüm əhəmiyyət daşıdığını bildirib. xüsusilə bank sisteminin aktivlərinin 35%-i ABB-nin payına düşür.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir