Search
Twitter-Bank-Notable-500x250

Bu gün dolları hansı bankda dəyişmək sərfəlidir ?

Azərbaycan bankları arasında ABŞ dollarını ən yüksək qiymətlə alan bank “PAŞA Bank”dır. Bu bankda Amerika valyutası 1,515 manata alınır. Amma bu məzənnə bankın korporativ müştərilərin hesablaşmaları üçündür. Dolları “Azərbaycan Sənaye Bankı”, “Azər-Türk Bank” və “Nikoyl Bank”a 1,51 manata satmaq olar.

Dollar qiymətləri

Dolları ən aşağı qiymətə alan bank isə “Unibank”dır. Bu bankda alış qiyməti 1,4669 manatdır. ABŞ dollarının ən aşağı satış qiyməti isə “Dəmirbank”dadır. Bu bank dolları 1,5264 manata, yəni rəsmi məzənnə ilə satır. Dolları ən yüksək qiymətlə satan bank isə “Azər-Türk Bank”dır. Bankda satış qiyməti 1,587 manatdır.

Avro qiymətləri

Avronu ən baha alan “Azərpoçt”dur – 1,72 manata. Avronun ən ucuz götürüldüyü bank isə “Muğanbank”dır – 1,6655 manata. Avronu ən ucuz “Bank VTB Azərbaycan” satır – 1,752 manata. Avronun ən baha satıldığı bank isə “Azərbaycan Beynəlxalq Bankı”dır – 1,8043 manata.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir