Search
bob

“Bank of Baku”dan gənclərə iş fürsəti- Şərtlər

“Bank of Baku” filial şəbəkəsinin genişlənməsi ilə əlaqədar “Kredit eksperti” vəzifəsinə vakansiyalar elan edir.Beləliklə, karyera yüksəlişi,maddi təminat və peşəkar kollektivdə çalışmaq istəyən gənclər öz CV-lərini banka göndərməyə dəvət edilirlər. 

 

Əsas öhdəliklər:

> Kredit almaq üçün müraciət edən müştərilərə kredit məhsulunun şərtləri barədə məlumat verir

> Müştərinin maliyyə təhlilini həyata keçirir

> Kreditin verilməsi ilə bağlı təklif hazırlayır

> Kredit portfelinin keyfiyyətinə nəzarət edir

Tələb olunan kriteriyalar:

> Ali təhsil ( ali iqtisadi təhsilin olması üstünlük təşkil edir)

> Bank işi sahəsində bilik/təcrübənin olması üstünlük təşkil edir

> Məntiqi düşünmək, detallara diqqət etmək qabiliyyəti

> Müştərilərlə ünsiyyət qurmaq bacarığı

> Təhlil etmə bacarığı

> Məsuliyyətli və dəqiq

> Stresə davamlılıq

> Azərbaycan dilini əla bilmək (Rus dili biliklərinin olması üstünlük təşkil edir)

> MS Office proqramlarında işləmək bacarığı

> Hərbi xidməti bitirənlərə və ya hərbi xidmətdən möhlət hüququ olanlara üstünlük verilir

Yuxarıdakı tələblərə uyğun namizədlər “Subject” qrafasında “Kredit eksperti” yazmaqla öz CV-lərini və ya bankın saytından (http://www.bankofbaku.com/az/hr-category/cv-forma.html) əldə edilmiş “İşə müraciət formu”nu (şəkillə birlikdə) Azərbaycan dilində hr@bankofbaku.com ünvanına göndərə bilərlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir