Search
socar

“Azəri-Çıraq-Günəşli” yataqlar bloku üzrə yeni saziş imzalanacaq

BP və onun tərəfdaşları ilə Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü üzrə yeni sazişin bu ilin sonunadək imzalanması nəzərdə tutulur.

Bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında məlumat verib. R.Abdullayev bildirib ki, yeni sazişlə bağlı danışıqlar davam etdirilir və bu ilin axırına kimi razılıq əldə edilə bilər.

Qeyd edək ki, sazişin 2024-2040-ci illəri əhatə etməsi planlaşdırılır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir