IMG_1659

Azərbaycan-İran iqtisadi əlaqələri müzakirə edilib

İran İslam Respublikasının Prezidenti cənab Həsən Ruhaninin Azərbaycana səfərinə hazırlıq məqsədilə İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi ölkəmizdə işgüzar səfərdədir.

Avqustun 2-də iqtisadiyyat naziri Şahin Mustafayev İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi ilə görüşüb.

Görüşdə iki ölkə arasında əməkdaşlığa dair saziş layihələrinə, eləcə də Azərbaycan və İran arasında həyata keçirilən mühüm layihələrə, o cümlədən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə, neft-qaz, energetika, gömrük işi, kənd təsərrüfatı, səhiyyə, turizm, investisiya əməkdaşlığına, habelə əczaçılıq, minik avtomobillərinin və ehtiyat hissələrinin birgə istehsalı layihələrinə dair müzakirələr aparılıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir