Search
btb

“Aktiv və passivlərin idarə edilməsi şöbəsinin Aparıcı Mütəxəssisi” – vakansiya

Bank “BTB” ASC Aktiv və passivlərin idarə edilməsi şöbəsinin Aparıcı mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.

Aktiv və passivlərin idarə edilməsi şöbəsinin aparıcı Mütəxəssisi 

İş barədə məlumat:

1. Likvidlik proqnozlarını hazırlayır və şöbə rəhbərliyinə təqdim edir;
2. Likvidlik və bazar riskləri nəzərə alınmaqla, mövcud resursların müddətləri, valyutaları və məbləğləri barədə hesabatların hazırlanmasında iştirak edir;
3. Maliyyə bazarında əlavə resurslar cəlb edilməsi və ya artıq resursların yerləşdirilməsi üçün verilən tapşırıqlara əsasən danışıqlar aparır və şöbə rəhbərliyini məlumatlandırır;
4. Yerli və beynəlxalq maliyyə-kredit təşkilatları, fondları, bankları və digər maliyyə institutları ilə münasibətlər qurur, onlardan bank üçün sərfəli şərtlərlə maliyyənin əldə edilməsi istiqamətində fəaliyyət göstərir;
5. Resursların daxili qiymətlərinin hesablanması (FTP – funds transfer pricing);
6. Departamentin funksiyaları daxilində departament rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirir.

Namizədə tələblər:

 ali iqtisadi və ya biznes üzrə təhsili;
 ən azı 2 il maliyyə bazarlarında əməliyyatlar sahəsində təcrübə;
 İngilis dilini bilmək;
 Analitik qabiliyyət;
 dəqiqlik;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  1 Avqust, 2016-cı il tarixinədək cv@btb.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Aktiv və passivlərin idarə edilməsi şöbəsinin aparıcı mütəxəssisi) göstərməyiniz xahiş olunur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir