Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivlərinin müzakirə edilməsi məqsədilə İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 27-28-də Gürcüstanda səfərdə olacaq.
Səfər zamanı Gürcüstanın bir sıra rəsmi şəxsləri ilə görüşlər keçiriləcək, Azərbaycan- Gürcüstan əlaqələrinin inkişafı barədə fikir mübadiləsi aparılacaqdır.