- Obama-dondurma satıcısı
Obama bir jurnala verdiyi müsahibəsində ilk 4 iş yerində minimum əmək haqqı qarşılığında çalışdığını bildirib.
O dondurma satıcısı, rəssam, boyaçı və qocalar evində ofisiant kimi işləyib. Kolumbiya Universitetinə qəbul olduğu ilin yayında bir tikinti sahəsində təmizlik işləri də görüb.
- Ronald Reyqan-qabyuyan
O bir neçə ay Diksonda cangüdən işləyib hətta 77 nəfərin həyatını xilas edib. O İllinoysda Eureka Kollecində oxumaq üçün təhsil haqqını futboldan aldığı təqaüd və qab yumaqdan qazandığı pulla ödəyirdi.
1932-ci ildə təhsilini başa vurduqdan sonra isə bir radioda futbol şərhçisi kimi işləyirdi və hər oyuna görə 10 dollar qazanırdı, hazırki dollar ilə desək 174 dollar.
- Gerald Ford-burger satıcısı
Ford universitet illərində ögey atasının boya mağazasında köməkçi və bir restoranda qamburger hazırlayan vəzifələrini icra etmişdir.
Futbol sahəsinə çox marağı olsa da, bir neçə komandadan gələn təklifləri rədd etmiş və hüquq sahəsinə yönəlmək istəmişdi. Lakin baş vurduğu universitetdən razılığı gec əldə etdiyinə görə 1935-ci ildə fulbol məşqçisi köməkçisi kimi işləmiş və 2400 dollar indiki dollarla desək, 42,676 dollar əmək haqqı almışdır. Hüquq Universitetinin təhsil haqqını ödəmək və borclarını bağlamaq üçün 1938-ci ildə boks məşqçisi kimi də işləmişdir.
- Herbert Hyuv-paltar yuyan
Yeniyetmə yaşlarında dostu ilə birlikdə tikiş maşınları düzəldən və təmir edən bir şirkət açsalar da tezliklə biznes iflasa uğramışdı. Lakin bu Hyuverin ilk və son biznes cəhdi deyildi.
1981-ci ildə Stanforda qəbul olur və təhsil haqqı ödənişsiz olsa da, yataqxana və kitab və zəruri ehtiyacları üçün pula ehtiyacı yaranır. Bu ehtiyaclarını qarşılamaq üçün o digər tələbələrin paltarlarını yuyur, konsertlər təşkil edirdi. Bu yolla o təhsil haqqını ödəmiş, hətta 40 dollar qazanc əldə etmişdi.
Universiteti bitirdikdən sonra isə, həftədə 70 saat işləyir, yəni araba daşıyaraq günə 2 dollar qazanırdı. İndiki hesabla desək, bu günə 56 dollar deməkdir.
- Riçard Nikson-təsərrüfat işçisi
Riçardın maliyyə problemləri ailəsinin limon təsərrüfatının 1922-ci ildə tənəzzül etməsilə başladı. Atası sonradan qarışıq tərəvəz mağazası və qaz stansiyası açmışdı və bütün ailə üzvləri orada işləyirdi.
1930-cu ildə Nikson Whittier Kollecinə qəbul olur, növbəti illərdə isə Duke Universitetinin hüquq ixtisası üzrə təqaüd qazanır.
- Lindon Conson-sürücü
1924 -cü ildə Universiteti bitirdikdən sonra 5 dostu ilə birləşərək maşın alan Conson Texasdan Kaliforniyaya sürücülük edir, evakuasiya xidmətində əl əməyi tələb edən işlər görürdü.
1927-ci ildə Texas Müəllimlər Kollecini daxil olan Conson 1930-cu ildə oranı bitirir. İlk maaşı isə 1530 dollar, indiki hesabla 21796 dollar olub.
- Cimmi Karte-ferma işçisi
r
İlk dəfə 10 yaşında atasının yer fındığı fermasında işləməyə başlamışdı. O Hərbi Dəniz Akademiyasını bitirib ailəsinin yanına qayıtdığı zaman artıq atası həyatda yox idi. Ciddi quraqlıq onların fermasını da məhv etmiş və həmin il sadəcə 187 dollar, indiki hesabla 1654 dollar qazanc qalmışdı.
- Bill Klinton-kargüzar
Klinton Universitetə qəbul olduqda təhsil haqqını təqaüd və ailəsinin köməyi ilə ödəyirdi. Onun anası tibb bacısı idi və ögey atası diler kimi fəaliyyət göstərirdi. Avtobioqrafiyasında yazdığına görə ilk dəfə kargüzar kimi yarımştat işləmiş və ilə 3500 dollar indiki dollarla desək, 25699 dollar pul qazanmışdı.
- Corc H.W. Buş-kargüzar
Nazirlik eskpertlərinin dediklərinə görə Buş seçkin təbəqədən olsa da, qazancını özü əldə etmək istəyirdi. Atasının dostunun şirkətində kargüzar kimi fəaliyyət göstərən Buş aylıq 375 dollar, indiki hesabla desək, 3748 dollar qazanırdı.