“Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın icrasına uyğun olaraq həyata keçirilən layihənin məqsədi sənaye müəssisələrinin keyfiyyətin idarə edilməsi sahəsində məlumatlılıq səviyyəsinin artırılması və keyfiyyət standartlarının təşviq edilməsidir.
Təlim kursunda rəqabətqabiliyyətliliyin yüksəldilməsində keyfiyyətin rolu, keyfiyyət standartları, Keyfiyyət İdarəetmə Sisteminin prinsipləri və s. barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılır. Tədbir çərçivəsində mövzu ilə bağlı iştirakçıların sualları cavablandırılır. Mayın 14-dək davam edəcək təlim kurslarının sonunda iştirakçılara sertifikatlar veriləcək.
Mənbə: Azərtac