“PAŞA Sığorta” “Daxili Audit üzrə baş məsləhətçi” vakansiyasına işçi qəbulu elan edir.
Vəzifə öhdəlikləri:
• Daxili Audit yoxlamasını “PAŞA Sığorta” ASC-nin Daxili Audit Təlimatına və Beynəlxalq Daxili Audit Standartlarına uyğun yerinə yetirilməsi;
• Tövsiyyələrin işlənib hazırlanması və əldə edilmiş faktların biznes proseslərin rəhbərləri ilə razılaşdırılması;
• Bütün DAX yoxlama hesabatlarının düzgün, keyfiyyətli və effektiv tərzdə hazırlanması;
• DAX tövsiyyələrinə cavab olaraq “PAŞA Sığorta” ASC rəhbərliyi ilə razılaşdırılmış islahedici
tədbirlərin statusunun monitorinqi və hesabatının hazırlanması;
Təhsil:
Ali təhsil (Hüquq və ya İqtisadi sahədə)
İş təcrübəsi:
Audit sahəsində ən azı 2 il (sığorta sahəsində təcrübəsi olanlara üstünlük verilir), və yaxud sığorta sektorunda maliyyə sahəsində ən azı 3 il
Biliklər:
MS Office proqramları (xüsusilə MS Excel);
Azərbaycan və İngilis dilllərini yüksək səviyyədə bilmək
Xüsusi bacarıqlar:
• Təhlil etmək bacarığı;
• Yüksək əxlaqi və peşə keyfiyyətlərinə malik olmalıdır;
• Müstəqilliyini qorumaq bacarığı;
• Müşahidə aparmaq və faktları müəyyən etmək bacarığı;
• Problemlərin həlli və audit nəticələri üzrə razılığın əldə olunması bacarığı;
• Audit rəyini hazırlama və hesabatları yazma bacarığı.
Xahiş edirik vəzifəni “subject” sətrində qeyd edin və CV-nizi recruitment@pasha-insurance.az elektron ünvanına göndərin.