Martın 30-da London əmtəə birjasında keçirilmiş hərraclarda “Azeri Light” markalı Azərbaycan neftinin 1 barreli 41,41 dollara satılıb. Bu barədə Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi xəbər verir. Məlumata görə, bu, martın 29-da qeydə alınmış qiymətdən 1,15 dollar və yaxud 2,86% çoxdur.