Search
1456385640

“Xudafərin” Sazişi İran parlamenti tərəfindən ratifikasiya edilib

“Azərbaycan və İran arasında imzalanmış “Xudafərin” və “Qız Qalası” Sazişi bu yaxınlarda İran parlamenti tərəfindən ratifikasiya edilib. Sazişin siyasi və iqtisadi əhəmiyyəti böyükdür”. Bu barədə dekabrın 27-də Bakıda keçirilmiş Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 11-ci iclasında İqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Qeyd edək ki, “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” Saziş 2016-cı il fevralın 23-də Tehranda imzalanıb.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir