Search
photo_72563

Xarici işçilər üçün ən yaxşı ölkələrin adı bəlli olub

“Straitstimes”ın yaydığı məlumata əsasən, HSBC əcnəbi içşilər  2016 araşdırmasına görə, Sinqapur üst-üstə ikinci dəfə əcnəbi işçilər  tərəfindən 190 ölkə arasında ən yaşanıla bilən  ölkə seçilib.
HSBC bu ilin mart və aprel aylarında 190 ölkədə maliyyə, informasiya texnologiyaları və inşaat sektorlarında işləyən 27 min əcnəbi işçi ilə apardığı qlobal tədqiqat nəticələrini dərc edib.  Araşdırmaya əsasən,  Sinqapur xarici işçilər tərəfindən iş həyatı, sosial həyat və uşaq təhsili baxımından ən yaxşı şəhər seçilib.
Qlobal orta gəliri 97.000 dollar  olan ada ölkəsində bu nisbət 189.250 dollar səviyyəsindədir. Səhiyyə xərcləri qlobal orta hesabla 51 faiz həddindədir, ada işçilərinin 60 faizi bu vəsaitlərdən istifadə edir. Adadakı xarici işçilərin 84 faiz  digər ölkələrə nisbətən özlərini daha təhlükəsiz hiss edir.
Qlobal tədqiqatda Yeni Zelandiya ikinci, Kanada üçüncü, Çexiya dördüncü və İsveçrə beşinci sırada yer tutub. Asiya-Sakit Okean bölgəsindən Honq-Konq isə on üçüncü sırada yerləşib.
Eurasia Diary



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir