Search
14555400515118926095_554x360

“Xalq Bank” işçi axtarır

“Şamaxı” filialı

Vəzifə: Bankın “Şamaxı” filialının kiçik kassiri/baş kassiri

Əməkhaqqı: 540 AZN-dən 1180 AZN-dək

İş qrafiki: 09:00 – 18:00/Bazar ertəsi – Cümə

Şəhər: Şamaxı

Qeyd: Bank təcrübəsi olmayan namizədlər əməkhaqqı 380 AZN ödənilməklə stajçı kassir götürülə bilər

Namizədlərə dair tələblər:

  • Maliyyə, İqtisadiyyat, Menecment və hüquq sahəsində ali magistr təhsili (və ya ona bərabər tutulan təhsil səviyyəsi);
  • Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oölanlar üçün);
  • Bank və ya bank olmayan kredit təşkilatında təcrübə arzuolunandır;
  • Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq;
  • Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti;
  • Riyazi hesablama aparmaq qabiliyyəti;
  • Mükəmməl kommunikasiya və insanları inandırma qabiliyyəti;
  • Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
  • Yüksək qavrama və öyrənmə qabiliyyəti;
  • İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
  • Kompüter bilikləri.

İşin təsviri:

  • Azərbaycan Respublikasının Mərkəzi Bankının tələblərinə uyğun olaraq kassa əməliyyatlarının aparılması;
  • Əməliyyat gününün sonunda bütün valyutalarda nağd vəsait qalığının hesablanması;
  • Nağd vəsaitlərin çeşidlənməsi;
  • Bankomatların yüklənilməsi və boşaldılması.

“Şirvan” filialı

Vəzifə: “Şirvan” filialının 1-ci dərəcəli inkassator-sürücüsü, 2-ci dərəcəli inkassator-sürücüsü, 3-cü dərəcəli inkassator-sürücüsü

Əməkhaqqı:  590 AZN-dən 980 AZN-dək

İş qrafiki:  09:00 – 18:00 / Bazar ertəsi – Cümə

Şəhər:  Bakı

Namizədlərə dair tələblər:

  • Ali , orta və ya orta-ixtisas təhsil;
  • Sürücülük vəsiqəsi (BC kateqoriya);
  • Həqiqi hərbi xidmət;
  • Müvafiq sahə üzrə 1 il iş təcrübəsi;
  • Rəsmi sürücülük stajı ən azı 3 il;
  • Mükəmməl Azərbaycan dili, istifadə dərəcəsində rus dilinin bilikləri;
  • Nağd pulla intensiv işləmə bacarığı;
  • Gərgin iş qrafikində işləmək bacarığı;
  • Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti;
  • İşgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı.

İşin təsviri:

  • Nağd pul və digər qiymətlilərin daşınması ilə bağlı əməliyyatların aparılmasına dair qaydalara riayət edir;
  • Nağd pul və digər qiymətlilərin daşınması vaxtı briqada başçısının işlə əlaqədar bütün tələblərini yerinə yetirir və sərvətlərin qorunması üçün tədbirlər həyata keçirir;
  • Nağd pul və digər qiymətlilərin daşınması üzrə müvafiq təlimat və qaydaları bilməlidir;
  • Vəzifəsinin icrası ilə bağlı bütün məlumatların məxfiliyinin təmin edilməsinə və bank sirrinin qorunmasına görə qanunvericiliyin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır.

İnformasiya texnologiyaları idarəsi

Vəzifə:  “1C” proqramı üzrə mütəxəssis

Əməkhaqqı: 850 AZN-dən başlayaraq

İş qrafiki: 09:00 – 18:00 / Bazar ertəsi – Cümə

Şəhər: Bakı

Namizədə dair tələblər:

  • Ali təhsil;
  • Tələb olunan vəzifə üzrə ən azı 1 il iş təcrübəsi arzuolunandır;
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dilini yaxşı səviyyədə bilmək arzuolunandır);
  • 1C proqramının 8. versiyasınının proqramlaşdırılmasını,proqram inzibatçılığını bilməli;

İş barədə məlumat:

  • 1C Müəssisə konfiqurasiyasının proqram təminatı və xidmətini həyata keçirmək;
  • Mövcud olan sənədlərin, hesabatların, mühasibatlıq, əməliyyat və idarəedici uçotun yenilənməsi;
  • Yeni sənədlərin və hesabatların hazırlanması;
  • 1C proqramında yaranan problemlərin aradan qaldırılması.

QEYD:  Tələblərə uyğun olmayan və “Subject” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV”lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, Xalq Bankın CV formasını doldurmaqla göndərilməlidir.

Əlaqə vasitələri:

E – mail:    cv@xalqbank.az

Telefon:    (012) 404 43 39

Faks:        (012) 404 43 34

CV FORMASI




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir