Search
1444486801_yenisumqayit.az-1

“Xəzinədar” – Vakansiya

DəmirBank ASC Masallı filialına xəzinədar vəzifəsinə işəqəbul elan edir.

27 illik tarixə və zəngin təcrübəyə malik olan DəmirBank ölkədə aparıcı banklardan biri olmaqla Azərbaycanın əksər regionlarında öz müştərilərinə geniş çeşiddə bank xidmətləri göstərir və onların rifahı üçün çalışır. Bu məqsədləri həyata keçirmək yolunda yorulmadan səy göstərən əməkdaşımız ilə fəxr edirik və Sizi də DəmirBank ailəsinə, onun mehriban kollektivinə və qaynar korporativ həyatına qoşulmağa dəvət edirik.

Vəzifə öhdəlikləri:

• İş gününün əvvəlində filial müdiri və filialın mühasibi ilə birgə kassanın açılması, nəğd pul vəsaitlərini və digər qiymətlilərin mövcudluğunun sayılaraq yoxlanılması;
• Gün ərzində kassaya daxil olan nağd pulların elan blankı ilə qəbul edilməsi, pulların həqiqiliyinin,dövriyəyə yararlığının yoxlanılması;
• Bankın təyin etdiyi məzənnə əsasında müştərilərlərin valyuta-mübadilə əməliyyatlarının aparılması, mübadilə əməliyyatı üzrə çıxarışın surətini imzalayib müştəriyə təqdim edilməsi;
• Gün ərzində aparılan əməliyyatlar üzrə mədaxil və məxaric sənədlərinə əsasən qalıq çıxarılması; və faktiki qalıq məbləği ilə yoxlanılması;
• Kassa limitindən cox olan qalıq məbləğinin Bankın Pul anbarına və yaxud MB Ərazi idarəsinə təhvil vermək üçün hazırlanması və təhvil verilməsi.

Namizədə qarşı tələblər:

• Ali təhsilli olmalı (iqtisadi və riyazi təhsili olanlara üstünlük verilir);
• Xəzinədar vəzifəsi üzrə minimum 1 il iş təcrübəsinə malik olmalı;
• Yüksək ünsiyyət, komandada işləmək və problemləri həll etmə bacarıqlarına sahib olmalı;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
• Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək kimi xususiyyətlərə malik olmalı.

Göstərilən tələblərə cavab verən namizədlər 01 sentyabr 2016-cı il tarixinədək öz CV-lərini hr@demirbank.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Masallı filialına – Xəzinədar” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir