331447_483173

Whatsapp Plus nədir və təhlükəlidirmi?

“Whatsapp Plus” whatsapp proqramının redaktə edilmiş versiyasıdır.
“Whatsapp Plus” orijinal “whatsapp”-dan aşağıdakı funksiyaları ilə fərqlənir:
50 MB qədər video, musiqi və şəkil göndərmək. Whatsapp isə 12 MB qədər  icazə verir.
Şəkilləri orijinal ölçüsündə, dostlarınıza göndərmək. Whatsapp isə trafikə qənaət məqsədi ilə, bu ölçüləri kiçildir.
Ödənişsiz müxtəlif mövzular.
Şəxsi mövzu hazırlamaq imkanı.
Müxtəlif təbəssüm və sizi ifadə edən üz ifadələri.
Son görülmə tarixini dondurmaq.
Xətdə olduğunuzu tamamilə gizlədə bilmək.
Mesajı oxumadığınızı göstərmək üçün, iki xətti gizlədə bilmə funksiyası.
Xətdə olan istifadəçiləri, sizə bildirmək.
Siyahınızda olmayan istifadəçilərin xətdə olduğunu sizə bildirmək.
Daim “xətdə” görsənmək imkanı. Siz “whatsapp”-dan çıxış etsəniz belə, daim xətdə görünəcəksiniz.
“WHATSAPP PLUS” TƏHLÜKƏLİDİR?
“WP+, Whatsapp Reborn, OGwhatsapp” və digər redaktə edilmiş versiyalar Whatsapp Inc. məhsulu deyil. “WP+” və digər redaktə olunmuş whatsapp versiyaları Whatsapp Inc. tərəfindən 2015-ci ildə istifadəsi tamamilə qadağan edildi. Qadağan edilməzdən əvvəl, Whatsapp Inc. istifadəçilərə bununla bağlı xəbərdarlıq etmişdi. Bu xəbərdarlıqları diqqətə almayaraq, “WP+” və digər redaktə edilmiş “whatsapp” versiyalarından istifadə edən istifadəçilərin nömrələrinin, “whatsapp”-dan istifadəsinə 24 saatlıq və ya qalıcı olaraq qadağa qoyulma təhlükəsi var. Bunun üçün də,  whatsapp.com adresindən, cihazınıza uyğun olan “whatsapp”-ı yükləməyiniz tövsiyyə edilir.
fitret.az



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir