127515_488821

Whatsapp-da videoya yüklənmədən baxmaq imkanı yaranıb

Android bazasından smartfon istifadəçiləri artıq Whatsapp-da vidoya artıq yüklənmə müddətində baxa bilərlər.
Mobil qurğular üçün  bu yaxınlarda iki yeni  funksiya işə salınmışdı və bu günə kimi onlara  ancaq  beta-versiyada baxmaq olar.
Əvvəllər Whatsapp istifadəçiləri ilk öncə videonu yükləməli və ancaq bundan sonra ona baxmalı idilər. Artıq  vaxta qənaət imkanı yaranıb: Əgər yuzer əlavə olunan rolikin onu qane etmədiyini anlasa, əməliyyatı ləğv edə bilər.
Hələ ki, bunun trafikə nə dərəcədə təsir edəcəyi məlum deyil.
Gələcəkdə bu imkan iOS və Windows Phone idarəçiliyində olan  mobil qurğulara da tətbiq olunacaq.
vistanews



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir