Search
kdr-6372

Vuqar Bayramov: “Heç bir halda devalvasiyadan əvvəlki məzənnə ilə ödəniş həyata keçirilə bilməz”

Lisenziyası ləğv edilmiş banklarda xarici valyutada olan əmanətlərin hansı valyuta və məzənnə ilə geri qaytarılması müzakirə edilən məsələlərdəndir. Mövcud qaydalara əsasən, milli valyutada olan əmanətlər ilə yanaşı, bir əmanətçinin eyni bankda həm milli, həm də xarici valyutada olan əmanətləri manatla qaytarılır. Bu isə o deməkdir ki, yalnız iki halda əmanət manatla qaytarıla bilər. Digər hallarda ödəniş xarici valyutada olmalıdır.

Bu fikirləri iqtisadçı ekspert Vuqar Bayramov öz facebook səhifəsində paylaşıb. O bildirib ki, manatla əmanətlərin milli valyutada qaytarılması aydın məsələdir. “Digər halda isə, məsələn, əgər əmanətçinin müflis olmuş bankda iki əmanət hesabı varsa və əgər onlardan biri dollarda, digər isə manatladırsa həmin şəxs dollar olan əmanətini də manatla almaq məcburiyyətindədir. Hətta məsələn, həmin şəxsin 50 000 dollarlıq xarici valyuta əmanəti sadəcə 1000 manatlıq milli valyuta əmanəti varsa bütün pulunu mövcud qaydalara əsasən manatla alır. Amma əgər, əmanətçinin müflis olan bankdakı pulu yalnız dollarlasa o zaman həmin pul heç bir halda manatla ödənilə bilməz. Əmanətlərin Sığortalanması Fondunun öz qaydalarına əsasən, həmin pul yalnız dollar ilə qaytarılır. Eyni ilə, əgər əmanət sadəcə avroda yerləşdirilibsə, kompensasiya manatla ödənilə bilməz, yalnız Avropa pulunda qaytarılmalıdır. Əmanətlərin Sığortalanması Fondunun mövcud qaydaların əsasən, digər valyutada olan əmanətlərə (məsələn, Böyük Britaniya funt sterlinqi, Rusiya rublu və s.) sığorta hadisəsi baş verən günə Mərkəzi Bankın rəsmi məzənnəsinə əsasən çarpaz məzənnə ilə hesablanmış dollar və ya avroda qaytarılır. Yəni, əgər əmanət Böyük Britaniya funt sterlinqindədirsə həmin vəsait də manatıa qaytarıla bilməz və yalnız ABŞ və ya Avropa pulu ilə qaytarılmalıdır.

İstər milli valyuta daxil olmaqlam ikili əmanəti olanları ödəniş edilən zaman, istərsə də dollar və avro istisna olunmaqla əmanət məbləği hesablanan zaman kurs sığorta hadisəsi baş verən günə olan rəsmi məzənnəyə əsasən hesablanır. Yəni, əgər əmanətçinin eyni bankda milli valyuta və dollar əmanəti varsa, ona ödənilən vəsait köhnə kurs ilə deyil, bank müflis olan günə Mərkəzi Bakın rəsmi kursu ilə ödənilməlidir. Bu isə o deməkdir ki hətta rəsmi qaydalara görə belə, heç bir halda devalvasiyadan əvvəlki məzənnə ilə ödəniş həyata keçirilə bilməz”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir