Search
vvvttbbb_6

VTB Online internet-bankinqi «Asan İmza» ilə inteqrasiya olunub

Bank VTB (Azərbaycan)-ın yeni xidməti VTB Online internet-bankinqi «Asan İmza» mobil elektron imza ilə inteqrasiya edilib.

Avtorizasiya üzrə əməliyyatları və elektron sahədə imzalanmanı əlavə cihazlardan istifadə etmədən yalnız mobil telefon vasitəsi ilə həyata keçirmək bu xidmətin əsas üstünlüyüdür. Bu zaman əməliyyatların icrası üçün tələb olunan imza və avtorizasiyarəqəmsal açarları SİM-kartın içində saxlanılır.

«Asan İmza» mobil elektron imzanın istifadəsi VTB Online internet-bankinq müştərilərinə maliyyə əməliyyatlarını tez, asan və təhlükəsiz şəkildə həyata keçirməyə imkan verir.

VTB Online bank VTB (Azərbaycan)-ın fərdi və korporativ müştərilərinə istənilən yerdə və istənilən vaxtda öz hesablarını internet vasitəsi ilə idarə etməyə imkan verir. VTB Online xidmətinin fərqli keyfiyyətlərindən biri fərdiləşdirmək funksiyasıdır ki, bu da müştəriyə sistemi öz maraqlarına əsasən quraşdırmağa imkan verir.

Xidmətə qoşulmaq üçün VTB (Azərbaycan) müştəriləri bankın şöbələrinə yaxınlaşıb və distant xidmət sisteminə qoşulmaq üçün müqavilə imzalamalıdır.İnternet-bank xidməti VTB (Azərbaycan) müştərilərinə pulsuz təqdim edilir.

Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin  səhmdarları: VTB Bank ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir.

Интернет-банкинг VTB Online интегрирован с «Asan İmza»

Новая услуга банка ВТБ (Азербайджан) – интернет-банкинг VTBOnline– интегрирована с мобильной электронной подписью «Asan İmza».

Основным преимуществом этой услуги является то, что операции по авторизации и подписанию в электронной среде можно произвести всего лишь с помощью мобильного телефона, не прибегая к использованию дополнительных устройств. При этом цифровые ключи авторизации и подписи, требуемые для выполнения этих операций, хранятся внутри самой SIM-карты.

Использование мобильной электронной подписи «Asan İmza» предоставляет клиентам интернет-банкинга VTB Online возможность проводить финансовые операции быстро, удобно и безопасно.

VTB Online позволяет частным и корпоративным клиентам банка ВТБ (Азербайджан) управлять своими счетами посредством интернета в любом месте и в любое время. Одним из отличительных свойствVTB Online является функция персонализации, когда каждый клиент может настроить систему в зависимости от своих интересов.

Для подключения к услуге клиентам ВТБ (Азербайджан) необходимо посетить отделение банка и заключить договор на подключение к системе дистанционного обслуживания. Услуга интернет-банкинга клиентам ВТБ (Азербайджан) предоставляется бесплатно.

ОАО Банк ВТБ (Азербайджан) является дочерним банком Банк ВТБ (ПАО). Акционеры ОАО Банк ВТБ (Азербайджан): Банк ВТБ (ПАО) и ООО «AtaHolding». ОАО Банк ВТБ (Азербайджан) оказывает услуги клиентам корпоративного бизнеса, малого бизнеса и частным клиентам.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir