Search
08031305194521

VÖEN-i olandan 1% nağdlaşdırma vergisi tutulacaq

“Həm sadələşdirilmiş vergi ödəyiciləri, həm də Əlavə Dəyər Vergisinin ödəyiciləri pul vəsaitini nağdlaşdıran zaman 1% vergini ödəməli olacaqlar”.

Bunu Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Samirə Musayeva deyib.

O şərhinə belə davam edib: “Sadələşdirilmiş vergi hasilatdan, yəni daxil olmuş məbləğdən tutulan vergidir. Əlavə Dəyər Vergisi də  ümumi dövriyyədən hesablanır. Yəni, vergitutma obyekti mal və işlərin təqdim olunmasına görə dövriyyələrdir. Nağdlaşdırmaya tətbiq ediləcək 1% verginin tutulması üçün isə obyekt fərqlidir, yəni pul vəsaitlərinin nağdlaşdırılıması vergiyə cəlb edilir. Burada tamamilə fərqli vergitutma obyektləri olduğundan ikiqat vergitutmadan söhbət gedə bilməz. Vəsait istər kart, istərsə də birbaşa çek vasitəsilə nağdlaşdırılırsa mənbədə 1% vergiyə cəlb olunacaqdır. Bu vergi banklar tərəfindən hesablanıb dövlət büdcəsinə ödəniləcəkdir”.

Marja




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir