Search
vergi

Vergi yükünün azaldılması məsələsi müzakirə edilib

Sentyabrın 5-də Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxsləri və Azərbaycanda Amerika Ticarət Palatasının (AMCHAM)  üzvləri arasında görüş keçirilib.

Görüşün keçirilməsində  əsas məqsəd Azərbaycan Respublikasının Prezidentinin 4 avqust 2016-cı il tarixli “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” Sərəncamında əks olunan islahat istiqamətləri üzrə  müəyyən tədbirlərin həyata keçirilməsi olub.

Qeyd edək ki, sərəncamın icrası ilə bağlı işlər dörd əsas istiqamətdə aparılır :

  • vergi yükünün azaldılması,
  • vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi,
  • vergi ödəyicilərinə xidmətin səviyyəsinin daha da yüksəldilməsi,
  • vergi inzibatçılığının təkmilləşdirilməsi

Bu işlər çərçivəsində ƏDV-nin differensiallaşdırılması, sabit verginin tətbiqi, vergi öhdəliklərinin əvvəlcədən müəyyən edilməsi (ATR), könüllü vergi açıqlaması və digər amillər əsas yer tutur.

BBN.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir