Search
photo_79761

Venesuela prezidentinin Azərbaycana səfəri neft bazarlarına təsir edib

Rusiyanın energetika naziri Aleksandr Novakın ölkənin əvvəlki kimi neft hasilatının dondurulmasında qərarlı olduğunu təsdiq etməsi fonunda neftin dünya qiymətləri artmağa başlayıb.
Bu barədə Rusiyanın “Praym” iqtisadi xəbərlər agentliyi yazıb.
Nəşrin məlumatına görə, cümə günü saat 22:58-ə olan vəziyyətə görə, “Brent” markalı neftin dekabr fyuçerslərinin dəyəri 0,78% artaraq bir barel üçün 51,78 dollara çatıb. WTI markalı neftin qiyməti isə 0,43% bahalaşaraq bir barelə görə 50,85 dollar təşkil edib.
Cümə günü Novak bəyan edib ki, Rusiyanın neft hasilatının dondurulması ilə bağlı mövqeyi dəyişməyib və ölkə əvvəlki kimi bunda qərarlıdır. Eyni zamanda, Novak və Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih 22-23 oktyabr tarixlərində OPEK razılaşmaları üzrə əlaqələndirmə məsələlərini müzakirə etməyi planlaşdırır.
Agentlik yazır ki, bundan əlavə, Venesuela prezidenti Nikolas Maduronun bir sıra neft hasil edən ölkələrə turne çərçivəsində oktyabrın 21-də Azərbaycana səfər etməsi xəbəri də neft bazarlarına təsir edib. Maduro Bakıda neftin dünya qiymətlərinin stabilləşdirilməsinə dair məsələ üzrə qarşılıqlı anlaşma əldə etmək üçün Azərbaycan prezidenti İlham Əliyev və digər rəsmilərlə işgüzar görüşlər keçirəcək. Nümayəndə heyətinə Venesuelanın neft naziri Euloxio del Pino da daxildir.
eurasiadiary



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir