Search
374263_488812

“Valyuta tapa bilmirik” – Deputat

“Azərbaycanın bəzi məktəblərində istilik sistemi işləmir”.
Bunu Milli Məclisin iclasında 2017-ci il üzrə büdcə zərfinin müzakirəsi zamanı millət vəkili Elmira Axundova deyib. O, “Azəristiliktəchizat” ASC-nin  fəaliyyətindən narazılıq edib: “Azərbaycanda məktəblər inşa olunur və istilik təchizatı sistemi qurulur. Amma “Azəristiliktəchizat”ın SOCAR-a borcu olduğundan bəzi məktəblərdə istilik sistemi işləmir. Məndə olan məlumata görə, hazırda 100-ə yaxın məktəbdə bu problem mövcuddur. Nəticədə şagirdlər soyuq şəraitdə dərs öyrənməli olur, müəllimlər isə böyrək xəstəliyindən əziyyət çəkir. Bu problem öz həllini tapmalıdır”.
E. Axundova valyutadəyişmə məntəqələrinin bərpa olunmasını da təklif edib. O bildirib ki, bu gün ölkədə “qara bazar” tüğyan edir: “Günlərlə əlimizdəki pulu valyutaya dəyişmək istəyirik, amma tapa bilmirik. Ancaq “qara bazar”da nə qədər istəyirsən, valyuta tapa bilərsən. Ona görə də valyutadəyişmə məntəqələrinin bərpasını təklif edirəm. Ümumiyyətlə, başa düşə bilmirəm ki, bu valyutadəyişmə məntəqələri niyə qapadıldı? Axı bununla həm peşəkarlar prosesdən kənarda qaldı, həm də işsizlik yarandı”.
Millət vəkilinin fikrincə, valyutadəyişmə məntəqələrinin ləğvi turizm sektoruna da öz mənfi təsir göstərir: “Odur ki, hökumət vəziyyəti dəyərləndirməli və düzgün qərar verməlidir”.
APA



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir