Search
lizinq

“Union Lizinq” gəlirliliyi 11 faiz olan istiqrazlar yerləşdirir

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi “Union Lizinq” ASC-nin 5 milyon manat dəyərində adlı, faizli, sənədsiz, təmin edilmiş istiqrazlarının emissiya prospektini qeydiyyata alıb.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri 1000 manat olan 5 min istiqraz buraxılıb. Qiymətli kağızların tədavül müddəti 1095 gün, illik faiz dərəcəsi 11 faiz və faiz ödəniş dövrünün müddəti isə rübdə bir dəfədir.

Yerləşdirmənin anderrayteri qismində “Çelsi Kapital” MMC çıxış edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir