Search
unec (4)

Ulu Öndər UNEC-də anılıb

Ümummilli Lider Heydər Əliyevin vəfatının on üçüncü ildönümü münasibətilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov və ali məktəbin professor-müəllim heyəti Fəxri Xiyabanı ziyarət ediblər. UNEC kollektivi Ümummilli Liderin məzarı önünə əklil qoyub, xatirəsini ehtiramla yad ediblər. Onlar həmçinin oftalmoloq, akademik Zərifə Əliyevanın məzarı üstünə də gül dəstələri düzüblər.

Anım tədbiri universitetdə davam etdirilib. Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra “Dahi Şəxsiyyət” sənədli filmi nümayiş olunub.

YAP Səbail rayon UNEC ilk ərazi təşkilatının sədri, prorektor Mikayıl Zeynalov “Heydər Əliyev və vətənpərvərlik tərbiyəsi”ndən danışıb. Bildirib ki, müstəqil Azərbaycanın siyasi-ideoloji strategiyasında mühüm yer tutan və Ulu Öndərin böyük dühasının bəhrəsi olan vətənpərvərlik təlimi müstəqil dövlətimizin hərtərəfli inkişafının etibarlı təməlidir. M.Zeynalov Heydər Əliyevin tövsiyə etdiyi əsl vətənpərvərliyin təməlində hər zaman Azərbaycan naminə çalışmaq, onun hərtərəfli yüksəlişinə səy göstərmək, milli-mənəvi dəyərləri qorumaq, Vətən və xalq qarşısında borc və məsuliyyəti dərk edib əməli fəaliyyətdə rəhbər tutmaq olduğunu vurğulayıb. Qeyd edib ki, hazırda ölkəmizdə bütün digər sahələrlə yanaşı, vətənpərvərlik prinsiplərinin ardıcıl və əhatəli şəkildə həyata keçirilməsində də Ulu Öndərin siyasi kursuna dönmədən əməl olunur, Vətənimizin və xalqımızın hərtərəfli yüksəlişi üçün misilsiz işlər görülür.

UNEC-in “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının müdiri, professor Məhiş Əhmədov “Heydər Əliyev və multikultural dəyərlər” mövzusunda çıxış edib. Azərbaycanda tolerantlığı dövlət siyasətinə çevirən Ulu Öndər Heydər Əliyevin ölkəmizdə multikulturalizmin inkişafı sahəsində xidmətlərinin dərindən öyrənilməsi olduğunu bildirib. O, Heydər Əliyevin müəyyənləşdirdiyi azərbaycançılıq məfkurəsinin özündə multikulturalizm və tolerantlıq ideyasını əks etdirdiyini xüsusi vurğulayıb.

____________________________________________________________________________

В UNEC почтили Великого вождя

По случаю тринадцатой годовщины со дня смерти Общенационального лидера Гейдара Алиева ректор Азербайджанского государственного экономического университета (UNEC), профессор Адалат Мурадов и профессорско-преподавательский состав высшей школы посетили Аллею почетного захоронения. Коллектив UNEC возложил венок к могиле Общенационального лидера, с уважением почтил светлую память. Также были возложены цветы на могилу офтальмолога, академика Зарифы Алиевой.

Мероприятие продолжалось в университете. После почтения  памяти Великого вождя минутой молчания, был демонстрирован документальный фильм «Гениальная личность».

Председатель первичной территориальной организации UNEC Сабаильского района партии Ени Азербайджан, проректор Микаил Зейналов выступил по теме «Гейдар Алиев и патриотическое воспитание». Он отметил, что тема патриотизма, занимающая важное место в политико-идеологической стратегии Азербайджана и являющаяся плодом гениальных идей  Великого вождя, является надежной гарантией всестороннего развития нашего независимого государства. М.Зейналов подчеркнул, что основываясь истинным патриотизмом, завещанным  Гейдаром Алиевым,  нужно всегда трудиться во имя Азербайджана, стремиться к всестороннему его возвышению, защите национально-духовных ценностей, осознавать долг и ответственность  перед Родиной и народом, руководствоваться практической деятельностью. Он отметил, что в настоящее время в стране наряду со всеми  другими сферами  в последовательном и всестороннем осуществлении принципов патриотизма неуклонно соблюдается политический курс Великого вождя, претворяются в жизнь неоспоримые работы для всестороннего развития нашей Родины и благосостояния народа.

Заведующий кафедрой «Регулирование экономики» UNEC, профессор Мехиш Ахмедов выступил по теме «Гейдар Алиев и ценности мультикультурализма».  Он отметил, что в Азербайджане глубоко изучаются заслуги в сфере развития мультикультурализма Великого  вождя Гейдара Алиева, превратившего толерантность в государственную политику. Он особо подчеркнул, что идея азербайджанства, определенная Гейдаром Алиевым, отражает в себе идею мультикультурализма и толерантности.

The Great Leader is commemorated at UNEC

Rector of Azerbaijan State University of Economics, Professor Adalat Muradov and academic staff of the university have visited the Alley of Honor on the thirteenth Anniversary of the Great Leader Heydar Aliyev’s death. UNEC staff laid a wreath before the National Leader’s grave and paid tribute to his memory. They also placed flowers at the ophthalmologist, academician Zarifa Aliyeva’s grave.

Commemorative event was continued in the university. After a minute’s silence in memory of the Great Leader, a documentary film “Great Personality” was demonstrated.

Chairman of NAP Sabail district UNEC territorial organization, Vice- rector Mikayil Zeynalov spoke about “Heydar Aliyev and Patriotic Education”. He said the patriotic education which occupies an important place in the political and ideological strategy of independent Azerbaijan and fruit of the Great Leader’s wisdom is a reliable foundation for the comprehensive development of our independent state. He highlighted on the basis of true the patriotism recommended by Heydar Aliyev is to work for the sake of Azerbaijan, make efforts for its comprehensive growth, protect the national and moral values, to understand the obligation and responsibility to the Motherland and the people and be practical in action guided by. He noted along with all other areas in consistent and comprehensive implementation of the principles of patriotism the Great Leader’s political course is being done persistently and unparalleled affairs are realized for our Motherland’s and people’s development.

Head of UNEC Department of “Regulation of Economy”, Professor Mahish Ahmadov made a speech on “Heydar Aliyev and Multicultural Values”. He urged the necessity for in depth studying of the services rendered by the Great Leader Heydar Aliyev in our country for the development multiculturalism who converted the tolerance into the public policy in Azerbaijan. He especially stressed that the ideology of Azerbaijanism, defined by Heydar Aliyev, reflects the idea of multiculturalism and tolerance.

unec (1) unec (2) unec (3)
unec (5)

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir