Turistlərin səyahət edib ən az pul xərcləyəcəyi şəhərin adı məlum olub. Araşdırma bütün dünya ölkələrinin şəhərləri arasında aparılıb.
“Business İnsider”ə istinadən verilən məlumata görə, bu Ukraynanın Lvov şəhəridir. Dərginin apardığı araşdırmalara əsasən, Lvovda axşam yeməyi üçün iki nəfər 5 dollara restoranda yemək yeyə bilərlər. Bu şəhərdə otellərin birində gecələmək isə turistə cəmi 25 dollara başa gəlir. Taksi ilə 1 kilometr məsafə qət etmək üçün cəmi 0.5 dollar xərcləmək lazımdır.
Turistlər üçün ən ucuz şəhər sıralamasında ikinci yerdə isə Kosovadakı Priştina şəhəri yer alır. Üçlüyü Bolqariyanın Sofiya şəhəri tamamlayır
Reytinq sıralaması ümumilikdə 12 şəhərdən ibarətdir. Sıralamanın ən son pilləsində isə Çilinin Valparaiso liman şəhəri yer alır.
Turizm.Fins.az