6b9d3ebb63a71676cba2479b6c20813c_XL

TuranBank “Yaşıl Bankçılıq” ticarət nişan altında kreditlər verəcək

Enerji Səmərəliliyi layihələrinin maliyyələşdirilməsi istiqamətində TuranBank və Global Climate Partnership Fondu (GGPF) arasında 8 illik və 10 milyon ABŞ dolları məbləğində imzalanmış kredit sazişi üzrə nəzərdə tutulan texniki dəstək işləri yekunlaşmışdır.

Bankın yaydığı məlumata görə, layihənin əsas məqsədi karbon dioksidin (CO2) emissiyasının 20%-dək azaldılmasını tələb edən layihələrin maliyyələşdirilməsi məqsədi ilə KOS və korporativ müştəriləri uzun müddətli maliyyə vəsaiti ilə təmin etməkdir.

Layihənin hazırlanmasına və həyata keçirilməsinə texniki dəstəyin göstərilməsi məqsədi ilə Bank və GGPF arasında Texniki Yardım Layihəsi imzalanmışdır. Qeyd olunan müqavilə çərçivəsində cari ildə fondun nümayəndələri, eləcə də texniki mühəndislərin iştirakı ilə Bank rəhbərliyi və struktur bölmələrinin direktorları arasında bir sıra görüşlər təşkil edilmiş, əməkdaşlar üçün ixtisaslaşdırılmış təlimlər keçirilmişdir.

Görüşlərin yekunu olaraq enerji səmərəliliyi layihələrinin maliyyələşdirilməsi üzrə strategiya və marketinq konsepsiyası, layihə üzrə təklif olunacaq kredit məhsullarının şərtləri işlənərək təsdiq olunmuşdur. Bundan əlavə layihə üçün potensial Bank müştəriləri ilə görüşlər keçirilmiş və layihə üzrə seçilmiş müştərilərin fəaliyyətinin audit aparılaraq onların biznes sahələrinin monitorinqi təşkil edilmişdir.

Bank “Yaşıl Bankçılıq” ticarət nişanı altında Enerji Səmərəliliyi layihələri çərçivəsində kreditlərin verilməsinə 2017-ci ilin əvvəlindən başlamağı nəzərdə tutur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir