Search
Mukafat teqdim etme

Turan Bank AMFA-nın təsis etdiyi “İlin üzv təşkilatı – 2016” nominasiyasının qalibi olmuşdur

Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) üzv təşkilatlar arasında uğurlu fəaliyyəti ilə seçilən qurumu müəyyən etmək üçün keçirdiyi sorğunun nəticələrinə əsasən Turan Bank qurumun “2016-cı ilin üzv təşkilatı” nominasiyasının qalibi olmuşdur. Mükafat Bankın əməkdaşlarının AMFA tərəfindən həyata keçirilən layihə və tədbirlərdə aktiv iştiraklarına görə təqdim olunmuşdur.

Mükafat Banka bir sıra beynəlxalq və yerli investor şirkətlərinin, xidmət təminatçılarının, mikromaliyyə və ixtisaslaşmış maliyyə ekspertlərinin iştirak etdiyi 8-ci Azərbaycan Mikromaliyyə konfransının gedişində təqdim olunmuşdur.

Qeyd edək ki, 2013-cü ildə Turan Bank AMFA-nın “Effektiv Korporativ İdarəetmə” və 2015-ci ildə isə “Kənd təsərrüfatı və regionların inkişafı sahəsində qabaqcıl təcrübəyə malik təşkilat” nominasiyalarının qalibi seçilmişdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir