Search
STEVE JOB

TANINMIŞLAR: “Apple” yaradıcısı Stiv Jobs

Anadan olduğu tarix: 24 fevral 1955 (yaş 56) ABŞ-ın
Kaliforniya ştatının San-Fransisko şəhəri, 

Məşğuliyyət: “Apple” şirkətinin yaradıcısı, “Uolt Disney” şirkətinin İdarə heyətinin üzvü  
Xüsusi kapital: 5.5 milyard (2010) 
Din: Buddizim  

Şəxsi həyat: Laurene Pauellə evlidir, 4 övladı var.

Stiven Pol – biz isə onu Stiv Cobs kimi tanıyırıq. 24 fevral 1955-ci ildə ABŞ-ın San-Fransisko şəhərində anadan olub. Amerikanın ən işgüzar maqnatıdır. Eyni zamanda məşhur “Apple” şirkətinin həmtəsisçisidir. Bu günə qədər o həm də “Apple”-ın baş icraçı direktoru idi. Onun icraçı direktor vəzifəsindən istefası İT sənayesində şok-effekti yaratdı desək, yanılmarıq. Dünya mətbuatı “Əfsanəvi rəhbər getdi” başlığı ilə onun gedişini şərh etməyə çalışdı. Əslində isə onun gedişi nə qədər təəccüblü idisə, bir o qədər də gözlənilən idi. Yazının davamında buna aydınlıq gətirməyə çalışacağıq. İndi isə gəlin İT sənayesinin nüfuzlu simasının ömür yoluna və fəaliyyətinə nəzər salmağa davam edək. İnformasiya texnologiyaları sektorunda çalışan hər kəs bilir ki, Stiv biznesdə çox uğurludur və o, «Silikon vadisi» sahibkarının əsas obrazlarından biridir. Stiv Cobs 1976-cı ildə dostu Stiven Voznyakla birlikdə “Apple” şirkətini yaradaraq adını qətiyyətlə tarixə yazmağa müvəffəq oldu. 1985-ci ildə şirkəti tərk edən Cobs şəxsi “NeXT Computer” şirkətini qurur. Lakin 1996-cı ildə yenidən “Apple”-ın “başı”na keçən Cobs səmərəli fəaliyyəti nəticəsində kompyuter bazarında şirkətin xüsusi payını əhəmiyyətli dərəcədə artırır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir