IMG_3211

Tacikistanın Azərbaycandakı səfiri ilə müzakirələr aparılır

İqtisadiyyat naziri Şahin Mustafayev Tacikistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zohir Saidovu qəbul edib.

Görüşdə Azərbaycan və Tacikistan arasındakı iqtisadi əlaqələrin hazırkı vəziyyəti,  əməkdaşlığın genişləndirilməsi ilə bağlı bir sıra konkret məsələlər və əlaqələrin inkişafı perspektivləri müzakirə edilib. Görüşdə həmçinin, bu il keçiriləcək Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyanın iclasının gündəliyi barədə fikir mübadiləsi aparılıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir