Search
716764_484524

Təqaüdçülərə ŞAD XƏBƏR

Sentyabr ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsi qrafikdən əvvəl başa çatdırılıb.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirib.
O qeyd edib ki, Dövlət Sosial Müdafiə Fondu sentyabr ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsini qrafikdən əvvəl başa çatdırıb: “Fondun mərkəzi xəzinə hesabından pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin yerli orqanların hesablarına köçürülməsi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonları üzrə sentyabrr ayının 10-u, respublikanın digər rayon və şəhərləri üzrə isə sentyabr ayının 20-i tarixində tam yekunlaşıb”.
E.Babayev deyib ki, ümumiyyətlə, il ərzində Dövlət Sosial Müdafiə Fonduna daxilolmaların səviyyəsi pensiya və müavinətlərin müəyyən olunmuş qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verib.
Trend



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir