Search
191026_483131

Təhsil krediti ilə bağlı şad xəbər

Təhsil kreditlərinin şamil olunduğu kontingentin əhatə dairəsi genişləndirilir. Belə ki, əvvəlcə yalnız bakalavr pilləsi üzrə aztəminatlı ailələrdən olan tələbələrə güzəştli kreditlər verilirdisə indi digər təhsil pillələri də buna əlavə ounur.
Magistratura və doktaranturada təhsil alanlar da tələbə kreditlərindən faydalana biləcəklər. Bununla bağlı yeni qanun layihəsinin hazırlanması planlaşdırılır.
Layihənin hazırlanmasında məqsəd tələbələri təhsilə və elmə cəlb etməkdir.
Bütün bu məsələlərin Milli Məclisin payız sesiyasında müzakirəyə çıxarılması gözlənilir.
İndiyədək tələbə krediti üçün maarifçi tələbə krediti fonduna müraciət edən 50-dən çox tələbədən 22-nə kerdit verilib.
Növbəti sesiya isə oktyabrda başlayacaq. Bu seçimlərdə əvvəlki qaydada aparılacaq və bu müddət ərzində də “online” şəkildə müraciət edən tələbələrin ərizələrinə baxılacaq. Seçilən tələbələr bu kreditlərdən faydalana biləcəklər.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir