Shirvan_city

Təşviq sənədinin alınmasına dair treninq keçirilib

İqtisadiyyat Nazirliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinin investisiyaların təşviqi ilə bağlı imzaladığı fərman və sərəncamlarda nəzərdə tutulmuş tədbirlərin icrası davam etdirilir.

Şirvan şəhərində sahibkarlıq subyektləri üçün növbəti interaktiv treninq keçirilib. Treninqdə iştirakçılara ölkəmizdə investisya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması və sənaye istehsalının artırılması üçün mühüm əhəmiyyət daşıyan investisiya təşviqi sənədi və təsdiqedici sənəd, onların sahibkarlar üçün yaratdığı üstünlüklər barədə geniş məlumat verilib, bu sənədlərin alınması üçün qanunvericiliyin tələbləri izah edilərək, praktiki məşğələlər vasitəsilə nümunələr göstərilib.

Tədbirdə sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Qeyd: İndiyədək 64 sahibkarlıq subyektinə 67 investiya təşviqi sənədi, 42 sahibkarlıq subyektinə  isə 115 təsdiqedici sənəd verilib. Bu layihələrin ümumi investisiya dəyəri 827,9 mln. manat təşkil edir. Bu layihələr çərçivəsində 5000-dən çox iş yerinin açılması nəzərdə tutulur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir