870836_483380

Təcili tibbi yardım PULLU olacaq

Təcili tibbi yardımın keyfiyyətini artırmaq məqsədilə vahid elektron sistem yaradılacaq. Bu barədə məlumat verən Bakı şəhəri təcili və təxirəsalınmaz yardım stansiyasının baş həkimi Rauf Nağıyev bildirib ki, aktiv naviqasiya sistemin formalaşması ilə bağlı proqram hazırlanıb.
R.Nağıyev yeni sistemin işə düşməsi ilə əsassız müraciətlərin azalacağına ümid edir. “Gün ərzində təcili yardıma  2 minə yaxın müraciət daxil olur. Onların ancqaq 40 faizi bizə aiddir. 60 faiz hallarda isə  pasiyentlərə təcili yardım deyil, ətraflı müayinə lazım olduğu üzə çıxır. Onlar əslin də polikliniya və xəsətəxanalara  müraciət etməlidirlər. Amma bizə zəng edirlər. Bu da əlavə vaxt və vəsait itkisinə səbəb olur”.
Bunun qarşısını almaq üçün baş həkim təcili yardıma aid olmayan çağırışların pullu olacağını deyir: “İndi bir nəfərə təcili tibbi yardımın göstərilməsi 100-140 manata başa gəlir. Ona görə də hesab edirik ki,  bizə aid olmayan çağırışlara görə pasiyentlər pul ödəməlidir”.
fins.az



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir