Search
IMG_4719

Strateji Yol Xəritəsi avropalı diplomatlara təqdim olundu

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Avropa İttifaqı ölkələrinin Azərbaycanda olan səfirləri ilə görüşüb. Görüşdə məqsəd Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş Milli iqtisadiyyatın strateji yol xəritələrini avropalı diplomatlara təqdim etmək olub. Xüsusi olaraq vurğulanıb ki, Strateji Yol Xəritəsi Azərbaycan iqtisadiyyatının qlobal və regional çağırışlara cavab verməsinə hesablanıb. Strateji Yol Xəritəsində biznes mühitinin inkişafı, dövlət müssəsilərinin idarə edilməsinin səmərəliliyinin artırılması, monetar və fiskal siyasətin yeni dövrün tələbinə uyğunlaşdırılması sahəsində sullara toxunulub. Avopalı səfirlər xüsusilə, turizm, maliyyə-bank, kənd təsərrüfatı, sənaye sahəsində aparılacaq işlərlə maraqlanıblar. V.Qasımlı sonda avropalı diplomatların Strateji Yol Xəritəsi ilə bağlı suallarına aydınlıq gətirib.

Görüş Avropa İttifaqının Azərbaycan nümayəndəliyində keçirilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi haqqında

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzun müddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.

IMG_4694 IMG_4700 IMG_4706 IMG_4709 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir